Çin kütləvi informasiya vasitələrinin məlumatına görə, 17 dekabr Çinin Yunsin şəhərində qeyri-adi hadisə baş verib.
Xəstəxanada ürək tutmasının nəticəsində dünyasını dəyişən xəstənin 20-yə yaxın qohumları xəstəxanaya hücum edərək orada çalışan 3 həkimi girov götürüblər. Ölənin qohumları həkimləri yalnız 8 saatdan sonra buraxıblar.
Həkimlərin sözlərinə görə, onlar bütün lazım olan reanimasiya tədbirlərini həyat keçiriblər, lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Dekabrın 19 Yunsin şəhərinin tibb işçiləri şəhərin küçələrinə çıxaraq mitinq təşkil ediblər. Tibb işçiləri onları xəstələrin qohumlarının zorakılığından müdafiə etməyi tələb ediblər.
Hal hazırda həkimləri girov götürən 16 nəfər polis tərəfindən saxlanılıb.
Saglamolun.Az