Cənubi Koreyada Corona virusunun yol açdığı, yoluxucu tənəffüs yolları xəstəliyi olan MERS-dən ölənlərin sayı 16-ya çatıb.
Səhiyyə Nazirliyindən verilən açıqlamada 58 yaşındakı bir diabet xəstəsinin də MERS səbəbilə dünyasını dəyişdiyi bildirilib. Nazirlik həmçinin MERS diaqnozu qoyulan insanların sayının da 150-yə çatdığını qeyd edib. Baş nazirlikdən verilən açıqlamada da MERS-ə yoluxanların demək olar ki yarısının aşkarlandığı və Samsung Tibb Mərkəzinə araşdırma aparmaq üçün qrup göndəriləcəyi ifadə edilib. Paytaxt Seulun Gangnam bölgəsindəki mərkəzin bəzi qisimləri həftəsonu bağlanmışdı.
Həmçinin MERS diaqnozu qoyulanlarla təmasda olduqları üçün evlərində qalmaları və səyahət etməmələri istənilənlərin sayı 5 216-ya yüksəlib. Məsul şəxslər həftə ərzində Samsung Tibb Mərkəzinə baş çəkən 4 min insan da əlavə olunmaqla başqaları ilə təmasda olmaması istənilən insanların sayının 10 minə qədər çıxa biləcəyi xəbərdarlığını edib.
MERS ilk dəfə 2012-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanında ortaya çıxıb. Ölkədə son 3 ildə MERS diaqnozu qoyulan 950 insandan 412-si həyatını itirib. Cənubi Koreyada MERS ilk dəfə 20 mayda Orta Şərqə səyahət edən 68 yaşındakı bir vətəndaşda aşkar olunub.
Saglamolun.Az