Hətta koronavirus infeksiyasını yüngül keçirən insanlarda uzun müddət ərzində təngənəfəslik, zəiflik, xırıltılı nəfəsalma kimi simptomlar müşahidə olunur.
Saglamolun.az bildirir ki, rusiyalı pulmonoloq Olqa Boquş “Rossiyskaya qazeta”-ya müsahibədə koronavirusdan sonra daha tez bərpa olunmaq və ağciyərdə fibrozun qarşısını almaq üçün bəzi tövsiyyələri verib.
“Koronavirus infeksyası ikitərəfli pnevmoniyaya səbəb olubsa, ağciyər toxumasının 25%-dən çoxu zədələnibsə, xəstədə fibrozun riski çox yüksəkdir. Fibroz nədir? Normal ağciyər toxumasının birləşdirici toxuma ilə əvəz olunması. Ağciyərdə faktiki olaraq çapıqlar yaranır, ağciyərin səthi azalır. Əgər 2-3 belə kiçik sahə əmələ gələrsə, insan bunu hiss etməyəcək. Lakin fibrozun səhəsi böyükdürsə, bu nəfəsalma problemlərinə səbəb olacaq. Ən yayılmış əlamət təngənəfəslikdir. Ağır hallarda bu nəfəsalma çatışmazlığına səbəb olacaq.
Fibrozla mübarizə etmək lazımdır. Bunun əsasında fiziki reabilitasiya durur. Təəssüf ki, bunun üçün heç bir xüsusi dərman yoxdur. Belə ki, indi populyar olan D vitamini COVID-19 və onun fəsadlarından qorumur”, - həkim bildirib.
Pulmonoloq ağciyərin bərpası üçün bu kimi tövsiyyələri verib.
“İlk növbədə bu nəfəsalma gimnastikasıdır. Mən öz pasiyentlərimə Aleksandra Strelnikovanın gimnastikasını tövsiyə edirəm. Bu gimnastikanı oturaq və hətta uzanaq vəziyyətdə də etmək olar”.
Məşhur rusiyalı pedaqoq-foniatr (səslə bağlı olan problemlər üzrə mütəxəssis) Aleksandra Strelnikova aktyor və müğənnilərin səsini bərpa etmək üçün xüsusi nəfəsalma gimnastikasını təklif edib. Daha sonra bu gimnastika otolarinqoloq, pulmonoloq və digər mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilib və xəstələrin bərpası üçün istifadə edilməyə başlayıb. Məqalənin sonunda olan videoda bu gimnastika ilə tanış ola bilərsiniz. Gimnastika zamanı insan tez və qısa nəfəsalma hərəkətlərini (sanki “burun çəkir”) və eyni zamanda müxtəlif fiziki hərəkətlər edir. Nəfəsvermə sərbəstdir.
“Ağciyəri bərpa etmək üçün ən yaxşı idman növləri orta temdə gəzintilər və velosiped sürməkdir. Orqanizm möhkəmlənəndən sonra daha intensiv məşqlərə keçə bilərsiniz.
Koronavirusdan sonra bir müddət ərzində quru öskürək və nəfəs yollarında qıcıqlanma qala bilər. Ağciyərin yollarını nəmləndirmək üçün mineral su və fizioloji məhlulla (“fizrastvor”) inhalyasiyaları etmək olar.
Vibrasiyalı masaj da yaxşı kömək edir. Bu çox asandır – kürək və belin yuxarı hissəsini (ağciyərin proyeksiyası - red) ovucların içi ilə yüngül (!) döyəcləyin. Bu nəfəs yollarını selikdən təmizləyir, ağciyərdə durğunluq prosesləri azaldır”- Olqa Boquş bildirib.
Saglamolun.Az