Koronavirusa yoluxmuş insanların əkəsriyyəti müalicəsiz sağalır. Saglamolun.az bildirir ki, bunu tanınmış rusiyalı alim-farmakoloq Yuriy Kiselyov “Известия” qəzetinə bildirib.
“Bizim çox etibarlı müttəfiqimiz var – bu immunitetdir”, - alim qeyd edib. Məhz immunitet virusla mübarizədə əsas rol oynayır.
Kiselyov bildirib ki, Russiyada xəstələrin 98%-i koronavirusdan sağalıb və onların əksəriyyətinə “banal qızdırmasalan dərmanlardan başqa heç bir digər müalicə tələb olunmayıb”.
Alim koronavirusun müalicəsində antibiotiklərdən istifadə etməməyə çağırıb. O, qeyd edib ki, antibiotiklər viruslara təsir etmir. “Koronavirus infeksiyası zamanı antibiotiklərin yerli-yersiz təyini daha ciddi problemə – bakteriyaların antibiotiklərə qarşı davamlılığına səbəb olacaq”.
Farmakoloqun sözlərinə görə, koronavirusun müalicəsi zamanı virus əleyhinə terapiya və həmçinin iltihabı azaldan və trombların qarşısını alan preparatların tətbiqi ən vacib və effektlidir.
Saglamolun.Az