Sink mikroelementi orqanizmdə gedən bir çox vacib proseslərdə iştirak edir. Belə ki, sink mübadilə prosesləri, zülallar, hormonlar və DNT sintezi, əzələlərin böyüməsi və bərpası proseslərində iştirak edir, yaraların tez sağalmasına yardım edir, normal dad və iybilmə üçün vacibdir.
Bundan əlavə sink immun sisteminin fəaliyyətində çox böyük rol oynayır, xüsusilə immunitetə virus və bakteriyalara qarşı mübarizədə yardım edir. Məhz bu xüsusiyyətə görə, sink bir çox ölkələrdə və o cümlədən Azərbaycanda koronavirusun yüngül formalarının müalicəsində istifadə olunur. D vitamini ilə yanaşı sink koronavirusun ağır formaya keçməyinin riskini azaldır. Lakin nəzərə almaq lazımdır ki, istənilən digər preparat kimi sink preparatını da yalnız həkimin təyini ilə qəbul etmək lazımdır.
Sinkin orqanizmə lazım olan miqdarını qidalanmadan almaq mümkündür.
Saglamolun.az oxucularını sinkin təbii mənbələri ilə tanış edir:
- qaraciyər
- mal, qoyun əti
- cücərdilmiş buğda
- keşyu
- sidr qozu
- araxis
- günəbaxan və balqabaq tumları
- küncüt
- kətan toxumu
- yumurta sarısı
- şokolad və kakao
- paxlalılar (mərci, lobya, noxud)
- yulaf yarması
Mütəxəssislər koronavirus epidemiyası zamanı qidalanmada sinklə zəngin olan məhsulları artırmağı tövsiyə edirlər.
Saglamolun.Az