Ümumdünya Səhiyyə Təşkilatı həkimlərin kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı naratatçılığını bildirib. Bəzi ölkələrdə tibb işçilərinin 10%-i koronavirusa yoluxub.
Saglamolun.az РИА Новости-yə istinadla bildirir ki, bu haqda ÜST-nin Baş direktoru Tedros Adanom Gebreisus məlumat verib. Dünyada onlarla cavan və sağlam həkim və tibb işçisi koronavirusdan vəfat edib. Yalnız Azərbaycanda bu günə qədər koronavirusdan 26 həkim vəfat edib. Bəs bunun səbəbi nədir? Məgər qoruyucu kostyumlar, xüsusi maska və eynəklər koronavirusdan qorumur?
Hazırda bütün dünyada alimlər belə nəticəyə gəliblər ki, koronavirusdan ölümün riskini artıran əsas səbəblərindən biri virus yüklənməsidir. Yəni orqanizmə nə qədər çox virus hissəcikləri düşərsə, bu bir o qədər təhlükəlidir. Bu zaman immun sistemi virusu tez və effektli şəkildə dəf edə bilmir və xəstəlik inkişaf edir, ağırlaşmalar verir.
Məhz bu səbəbdən bütün dünyada koronavirus xəstələri ilə işləyən həkimlər və tibbi personal arasında yoluxma və ölüm hallarına tez-tez rast gəlinir.
Reanimasiyada işləyən tibbi personal xüsusilə təhlükəli vəziyyətdədir. Süni tənəffüs aparatları işləyəndə havaya milyonlarla virus hissəciklərini buraxır və onlar dərhal səthlərə düşmür, havada qalır. Nəticədə saatlarla qapalı şəraitdə işləyən tibbi personal çox ciddi virus hücumuna məruz qalır və təəssüf ki, burada ən yaxşı qoruyucu kostyumlar, maskalar və s. vasitələr də yoluxmadan tam qoruya bilmir.
Buna immuniteti zəiflədən stress, həyacan, narahatçılıq da əlavə edin...
Allah koronavirusla mübarizə aparan həkimlərimizə güc versin! Allah sizi qorusun, görünməyən qəhrəmanlarımız!
M.İsayeva
Saglamolun.Az