ÜST-in saytında oxuyuruq: “COVID-19 koronavirus infeksiyası bir qayda olaraq xüsusilə uşaq və cavanlarda yüngül formada keçir”.
Əgər bu belədirsə, sual yaranır koronavirusu bilmədən keçirmək mümkündürmü?
Saglamolun.az bildirir ki, rusiyalı infeksionist, tibb elmləri doktoru, professor Yuri Ambalov “Rossiyskaya qazeta"ya verdiyi müsahibədə bu suala belə cavab verib:
“80% hallarda insanlar yalnız koronavirus daşıyıcısıdırlar, onlarda simptomlar olmur, lakin onlar başqaları yoluxdura bilir. Bir xəstəyə 10 belə daşıyıcı düşür. Vaxt keçdikcə bu insanların qanında anticismlər əmələ gələcək. Təxminən 12-15% insan koronavirusu yüngül formada keçirir, onlar halsızlıq hiss edir, qızdırma bir qədər qalxır. Qalan 5-8% daha ağır xəstələnir.
Yaşın buna aidiyyatı yoxdur. Bəzi qocalar cavanlardan sağlam və möhkəmdir. Sadəcə insan yaşlaşdıqca onda müxtəlif xəstəliklər “yığılır”. Xroniki ağciyər xəstəlikləri koronavirus infeksiyası zamanı xüsusilə təhlükəlidir. Misal üçün, bronxial astma.
Xroniki ağciyər xəstəlikləri, ürək xəstəlikləri olanlar, hipertoniklər risk qrupuna daxildir”.
Saglamolun.Az