İmmunitet, ürək və ağciyəri möhkəmləndirən ƏN SADƏ VASİTƏ

Müxtəlif ölkələrdə aparılmış araşdırmalar dəfələrlə sübut edib ki, gülüş təbii antidepressant, agrikəsici və immunomodulyatordur.

Saglamolun.az bildirir ki, gülüş zamanı orqanizmdə stress hormonlarının səviyyəsi düşür, xoşbəxtlik hormonlarının səviyyəsi isə əksinə qalxır. Bu bütün orqanizmə çox müsbət təsir edir.

Sübut olunub ki, gülüş immun sistemini möhkəmləndirir, immun hüceyrələrinin ifrazının artmasını stimullaşdırır.

Gülüş əla nəfəs gimnastikasıdır. Gülüş zamanı agciyər daha yaxşı işləyir, təmizlənir, möhkəmlənir.

Gülmək ürək-damar sisteminin fəaliyyətini, qan dövranını yaxşılaşdırır. Məhz bu səbəbdən həkimlər ürək xəstəliklərindən əziyyət çəkən insanlara stresdən uzaq olmağı, daha çox müsbət emosiyalar almağı, sevinməyi, gülməyi tövsiyyə edirlər.

Bir çoxları bilir ki, gülmək ağrıları azaldır. Amerika onkoloqları maraqlı eksperiment aparıblar. Həkimlər bir qrup xəstələrə komediyaları, gülməli verlişləri və şouları baxmağı tövsiyyə edirdilər. Nəticədə bu pasiyentlər ağrılardan daha az əziyyət çəkirdi, onlara daha az ağrıkəsici dərmanlar tələb olunurdu.

Gülüş insana güc və gümrahlıq bəhş edir, stres, həyacan, depressiyanı azaldır.

Hal hazırda bütün dünya koronavirus pandemiyasını yaşayır. Bir çoxları bunun nəticəsində stres, qorxu və təşvişə düşüb. Mütəxəssislər pandemiya və karantini daha asan keçirmək üçün yaxşı komediya, şou və gülməli verlişləri baxmağı tövsiyyə edirlər.

Gülün ki, sağlam olasınız!

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...