Saglamolun.az kp-ya istinadla xəbər verir ki, bu günlərdə Moskvada polisə 8-yaşlı uşağın atası müraciət edib.
Kişinin sözlərinə görə, 23-yaşlı musiqi müəllimi Mqera Maxsudyan bir neçə ay ərzində onun uşağını təhqir edirdi, qıza işgəncələr verirdi. Ata öz sözlərini təsdiq etmək üçün gizli kamera vasitəsilə çəkdirdiyi bir dərsin videosunu da təqdim edib.
Videoda görünür ki, "müəllim" uşağı təpikləyir, vurur, təhqir və təhdid edir. "Çiyinlərini aşağı sal, kütbeyin! Çiyinlərini qulaqlarına tikəcəm! Bezdirdin məni!" - bu "müəllim"in qıza dediyi ən "yaxşı" sözlərdir.
Uşaq uzun müddət ərzində dözürüdü və valideynlərə heç nə demirdi. Lakin daha sonra işgəncə və təhqirlərə dözməyib anasına müəllimin davranışı haqqında xəbər verib. Qızın otağına gizli kamera yerləşdirən ata videoya baxdıqdan sonra dəhşətə gəlib və dərhal polisə müraciət edib.
"Müəllim" artıq saxlanılıb və ona cinayət işi açılıb.
Saglamolun.Az