Bu uşaq ana bətnində əməliyyat olunub

Böyük Britaniyada yaşayan Cina və Den Levis cütlüyü körpənin dünyaya gəlməsini gözləyidilər. Hamiləliyin 20-ci həftəsində USM zamanı məlum olub ki, uşağın onurğa sütünü tam inkişaf etməyib və onun bir hissəsi açıq qalıb.

Bu nadir və çox ağır anadangəlmə patologiya tibdə "spina bifida"adlandırılır. Bu patologiya ilə doğulan uşaqlar əlil qalır, sərbəst yeriyə bilmir, əlil arabasından istifadə edir.

Həkimlər ailə cütlüyünə bətndaxili əməliyyatın keçirilməsini təklif ediblər. Unikal əməliyyat Belçikada baş tutub. 2 saat davam edən əməliyyatda 22 həkim iştirak edib.  Həkimlər sinirləri yerinə, onurğa sütununun içinə yerləşdirib, defekti süni dəri ilə bağlayıblar. Daha sonra bu yerdə uşağın öz dərisi inkişaf edib.

Daily Mail xəbər verir ki, Frenki adlı qız hamiləliyin 35-ci həftəsində dünyaya gəlib. Doğulandan sonra uşaq ayaqlarını tərpətməyə başlayıb. Bu o demək idi ki, sinirlər öz funksiyasını bərpa edib və uşaq  gələcəkdə yeriyə biləcək. Hal hazırda uşağın 2 yaşı var və o sərbəst yeriyir.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...

 


Яндекс.Метрика