CNN xəbər verir ki, Hindistan cərrahları çox qeyri-adi əməliyyat keçirdiblər - onlar 42 yaşlı polis zabitinin mədəsində 40 kiçik bıçaq çıxardıblar.
Pasiyent həkimlərə mədə ağrısı, zəiflik, bədən çəkisinin azalması kimi şikayətlərlə müraciət edib. Həkimlər mədə xərçəngindən şübhələnib və xəstəni endoskopik müayinəyə və kompüter tomoqrafiyasına göndəriblər. Endoskopiya zamanı həkimlər xəstənin mədəsində bir neçə cib bıçağı aşkar ediblər. KT bıçaqların daha çox olmasını göstərib.
Əməliyyat 5 saat çəkib. Həkimlər əməliyyatı "dəhşətli" adlandırıblar. Cərrahların bir səhvi xəstənin ölümünə səbəb ola bilərdi. Bıçaqların bəziləri açıq vəziyyətdə idi və paslanmağa başladı.
Xəstə etiraf edib ki, son 2 ay ərzində hamıdan gizli kiçik cib bıçaqlarını udurdu: "Onların dadı mənim xoşuma gəlirdi və mən daim onları udmaq istəyirdim".
Hal hazırda xəstənin vəziyyəti normaldır. Lakin xəstəxanadan evə buraxıldıqdan əvvəl onu psixiatr müayinə etməlidir. Həkimlərin fikrinə görə, kişi nadir psixiki pozulmadan əziyyət çəkir.
Saglamolun.Az