Qara qarağatla piroq. Çox ləzzətli!

Bu piroqu bişirmək çox asandır. Piroq yumşaq və yüngül alınır.

Lazım olan məhsullar:

- Un - 1 stəkan

- Qara qarağat - 400 qr

- Qabartma tozu - 1 paket

- Duz - 1 çimdik

- Yumurta - 2 dənə (iri)

- Şəkər tozu - 150 qr

- Kərə yağı - 100 qr

- Süd - 70 qr

- Vanilin - 1 paket

- Şəkər kirşanı ("pudra") - 3 xörək qaşığı

Hazırlanması:

1. Un, qabartma tozu və duz qarışdırılır.

2. Yumurta şəkər tozu ilə ayrı qabda 3 dəqiqə ərzində mikserlə yaxşı çalınır.

3. Yumurtalı-şəkərli kütləyə əridilmiş kərə yağı, süd və vanilin əlavə olunur və yenə də eynicinsli kütlə alınana kimi yaxşı qarışdırılır.

4. Qabartma tozu və duzla qarışdırılmış un əlavə olunur və yaxşı çalınır.

5. Formaya perqament kağızı sərilir, xəmir tökülür, hamarlanır.

6. Xəmirin üzərinə qara qarağat qoyulur, üzərinə 1 xörək qaşığı şəkər kirşanı səpilir.

7. Soba əvvəlcədən 180 C kimi qızdırılır və piroq təxminən 45 dəqiqə ərzində bişirilir.

8. Hazır piroq soyudulur və üzərinə 2 xörək qaşığı şəkər kirşanı səpilir.

Nuş olsun!

Saglamolun.Az