Kabaçkidən hazırlanan maffinlər

Lazım olan məhsullar:

- Kabaçki - 1 ədəd, böyük olmayan

- Yumurta - 2 ədəd

- Un - 150 qr

- Süd - 50 ml

- Bərk pendir - 50-70 qr

- Zeytun yağı - 50 ml

- Manna yarması - 2 xörək qaşığı

- Qabartma tozu - 10 qr

- dəniz duzu, qara döyülmüş istiot – zövqə görə

Kabaçki yuyulur və böyük sürtgəcdən keçirilir. Pendir də eyni sürtgəcdən keçirilir  və kabaçkiyə qatılır. Yumurta əlavə olunur və qarışdırılır. Un manna yarması və qabartma tozu ilə qarışdırılır və kabaçki kütləsinə əlavə edilir. Üzərinə süd tökülür, duzlanır, istiotlanır, zeytun yağı əlavə edilir və qarışdırılır. Bu maffinlər üçün xəmir qatı xama konsistensiyasında olmalıdır. Əgər xəmir çox sulu alınıbsa,  biraz un, çox qatıdırsa, biraz süd əlavə edin. Xəmiri maffinlər üçün formalara qoyun və 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə ərzində bişirin. Maffinlər xoş qızılı rəng almalı və içinin bişib-bişmədiyini yoxlamaq üçün batırılan taxta çubuq quru çıxmalıdır.

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...

 


Яндекс.Метрика