Folqada bişirilmiş ət

Dietoloqların fikirinə görə, ətin bu üsulla bişirilməsi ən düzgün sayılır. Bu üsulla bişirilmiş ət bütün öz faydalı xüsusiyyətlərini saxlayır, bişirilmə zamanı yağdan istifadə olunmur.

Folqada bişirilmiş ət həm dadlı, həm də faydalıdır. Bu ət həm isti, həm də soyuq şəkildə (qəlyanaltı kimi) masaya verilə bilər.

Lazım olan məhsullar:

- Sümüksüz mal əti (yumşaq olmalıdır, heyvanın kürək hissəsi ən uyğun sayılır) - 700-800 qr,

- sarımsaq - 4 diş (uzununa 2 yerə kəsin),

- narşərab - 3 xörək qaşığı,

- ədviyyatlar: qırmızı və qara istiot, sarıkök. (Duz istifadə olunmur.)

Hazırlanması:

1. Əti təmizləyin, yuyun, kağız dəsmalla qurudun. Əti bir neçə yerdə çərtin və ora sarımsağın tikələrini qoyun.

2. Ayrı qabda ədviyyatları narşərabla yaxşı qarışdırın və alınmış qarışığı ətə sürtün.

3. Folqa götürün və əti folqaya yaxşı bükün ki, ətin şirəsi bişirilmə zamanı çölə axmasın. Bir neçə qat folqa istifadə etmək olar.

4. Daha sonra əti 1 saat ərzində soyuducuda saxlayın.

5. Əti soyuducudan çıxardın və 200 C kimi qızdırılmış sobada 1 saat ərzində bişirin.

Nuş olsun!

Saglamolun.Az




loading...

Bel yırtığı niyə əmələ gəlir və necə müalicə olunur

 

 

 

 
loading...

HƏKİMLƏR

Şəhla Mustafayeva

Şəhla Mustafayeva

Pediatriya

Pediatr, allerqoloq İş stajı – 7 il

Ətraflı...
Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...
Elnarə Cəlilova

Elnarə Cəlilova

Oftalmologiya

Oftalmoloq İş stajı – 17 il

Ətraflı...

 


Яндекс.Метрика