Bu kimi qeyri peşəkar hərəkətlər isə jurnalistin və layihənin qeyri-peşəkarlığından xəbər verir…
Saytımızın əsas məqsədi vətandaşlarımızı sağlamlıq və onun qorunması mövzusunda çox vacib və faydalı mövzularda maarifləndirməkdir. Bunun üçün bizim saytımızın əməkdaşları müxtəlif müasir xarici mənbələrdən məlumatları toplayıb, onları tərcümə edib, istifadəçilərə maraqlı və faydalı məqalələri təqdim edirlər. Bəzən bir məqalənin hazırlanması zamanı onlarla müxtəlif mənbələrdən istifadə olunur. Bu böyük və çox da asan olmayan əmək saytın istifadəçiləri üçün gizli qalır və bu təbiidir.
Dünya mətbuatında belə bir qəbul olunmuş təcrübə var ki, hər hansı KİV-i digərindən məlumat götürərək bu məlumatı öz qəzetində, jurnalında, internet saytında və s. yerləşdirir və mütləq bu məlumatın ilk mənbəsinə istinad edir. Bu normaldır və buna heç kim mane ola bilməz. Əksinə bu çox yaxşı təcrübədir ki, insanlara lazım olan informasiyanın daha sürətlə çatdırılmasına xidmət edir.
Lakin bəzən məlumatı digər mənbədən götürən və öz KİV-ə yerləşdirən hər hansı “jurnalist” nəinki ilk mənbəyə istinad etmir, hətta məqaləni mənimsəyərək öz imzası ilə yerləşdirir. Bizim saytımız bu problemlərlə daim üzləşir və bir neçə saytlar bizim məqalələrimizdən istifadə edərək istinad etmir və ya öz adı ilə imzalayır.
Bu kimi işlərlə məşğul olan şəxslərin nəzərinə çatdırmaq istərdik ki, peşəkar və təcrübəli jurnalist hər zaman həmkarların əməyinə qiymət verməyi və hörmət etməyi bacarır. Bu kimi qeyri peşəkar hərəkətlər isə jurnalistin və layihənin qeyri-peşəkarlığından xəbər verir.
Digər tərəfdən bu kimi hərəkətlər İslamda qul haqqının kobud şəkildə pozulması və ən böyük günahlardan sayılır.
Gələcəkdə belə hallar davam edərsə, biz saytımıza istinad etməyən və məlumatlarımızı öz adı ilə imzalayan şəxslərin və saytların adlarını açıqlamağa məcbur olacağıq.
Saglamolun.Az