Загрузка...

Orqanizmi qurdlardan təmizləyən 3 MƏHSUL

Qurd xəstəlikləri bütün dünyada çox yayılmış xəstəliklərdir.

Qurdlar insan orqanizminə düşdükdə müxtəlif pozulmlara səbəb olur - immun sistemini zəiflədir, orqanizmi zəhərləyir, müxtəlif vitamin və mineralların defisitinə səbəb olur, həzm proseslərini pozur, allergik reaksiyalara, dəridə müxtəlif səpgilərə səbəb olur və s.

Qurdlarla mübarizə etmək üçün xüsusi dərman preparatları mövcuddur. Bu preparatları yalnız həkim müayinə və analizlərdən sonra təyin edə bilər.

Maraqlıdır ki, bəzi məhsullar da qurdqovucu təsirə malikdir və qurdlarla mübarizədə çox yaxşı müalicəvi və profilaktik effekt verir. Bu məhsullar arasında:

1. Sarımsaq

Sarımsağın tərkibində xüsusi "allisin" adlı maddə var. Bu maddə qurdun orqanizmində gedən  metabolizm proseslərini dayandırır ki, nəticədə qurd məhv olur.

2. Balqabaq tumları

Qurdlar bağırsaqların daxili divarlarına "ağzı" ilə bərkidilir və bunun nəticəsində burada uzun müddət ərzində yaşaya bilirlər. Balqabaq tumlarının tərkibində olan maddə qurdların əzələlərini iflic edir ki, qurdlar bağırsaqlara yapışa bilmir və buradan mexaniki olaraq xaric olunur.

3. Ananas

Ananasın tərkibinə bromelayn maddəsi daxildir. Bromelayn çox güclü fermentdir. Bromelayn qurdların zülal strukturlarını və qişalarını əridir. Daha sonra isə insanın mədəaltı vəzi fermentləri bu prosesi davam etdirir və qurdlar həll olunur və bağırsaqlardan xaric olunur.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика