Загрузка...

Ananas nə ilə faydalıdır?

Ananas çox zəngin kimyəvi tərkibə malikdir. Ananas A, PP, C , B qrupu vitaminlər, bir çox vacib minerallar (kalium, maqnezium, fosfor, yod, sink, mis, dəmir və s.), orqanik turşular, fermentlər, liflərlə zəngindir.

Belə zəngin tərkib ananası insan orqanizmi üçün olduqca faydalı edir.

İlk növbədə ananas insanın ürək-damar sistemi üçün çox faydalıdır. Kalium və maqneziumla zəngin olan ananas ürək əzələsini möhkəmləndirir, ödemləri və ürəyə olan gərginliyi azaldır.

Ananas qan damarlarına çox müsbət təsir edir - damarları möhkəmləndirir, onların elastikliyini artırır, tromblaşmanın qarşısını alır, aterosklerozun inkişafını ləngidir.

Varikoz xəstəliyi zamanı ananas çox yaxşı müalicəvi təsir edir.

Ananas arterial təzyiqi normallaşdırır, qanı duruldur.

Ananas sinir sistemi üçün də çox faydalıdır. Ananas stress və depressiya ilə mübarizə etməyə kömək edir, insanın əhvalını yaxşılaşdırır.

Ananas həzm prosesləri sürətləndirir. Bu səbəbdən həkimlər "ağır" yeməklərdən sonra 1 tikə ananas yeməyi tövsiyə edir. Bu mədədə ağırlıq hissinin əmələ gəlməsinə mane olacaq.

Liflərlə olduqca zəngin olan ananas bağırsaqları çox yaxşı təmizləyir və həmçinin onlara antiseptik təsir edir.

Ananas arıqlamağa kömək edir. Bu səbəbdən diyetoloqlar ananası bir çox pəhrizlərə daxil edirlər.

Ananas və onun şirəsi tənəffüs sistemi üçün də çox faydalıdır - bəlğəmi duruldur, bəlğəmin çıxmasını asanlaşdırır, nəfəs yollarına antiseptik və iltihabəleyhinə təsir göstərir.

Ananas immun sisteminə də çox müsbət təsir edir. Soyuq fəsillərdə orqanizmin infeksiyalara və viruslara olan davamlılığını artırmaq üçün tez-tez ananas yeyin.

Ananas kişi və qadın cinsiyyət sistemlərinə çox müsbət təsir edir. Belə hesab olunur ki, ananas qadınlarda menstruasiya zamanı ağrıları azaldır, kişilərdə potensiyanı yaxşılaşdırır.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика