Загрузка...

Yer fındığının arıqlamağa faydaları

Qəribə səslənsə də, kalorisi yüksək olan yer fındığının doğru qəbul edildikdə arıqlamaq prosesini asanlaşdırdığı təsdiq olunub.

Təxminən 32 dənə yer fındığı həm 164 kalori olması, həm də tərkibində 14 qram yağ olmasına baxmayaraq arıqlamağa yardımçı olur. Belə ki, yer fındığından alınan kalori tam olaraq bədəndə sorulmadığı üçün məqbul miqdarda yeyilən yer fıstığı çəki artırmır.

Eyni zamanda enerji səviyyəsini yüksək saxladığı üçün dincəldiyiniz müddətdə belə kalori yandırmanızı təmin edir.

Lakin yer fındığı və əzməsi yüksək nisbətdə yağ ehtiva etdiyi üçün porsiyalarına diqqət etmək gərəklidir.

Gündəlik yediyiniz yer fındığı və əzməsinin miqdarı bir porsiyanı keçməməlidir.

Diyetlərinizdə də rahatlıqla istifadə edə biləcəyiniz yer fındığını yoqurtla da yeyə bilərsiniz.

Eyni zamanda yer fındığı əzməsini səhər yeməklərində tam taxıllı çörəyin üstünə çəkərək yeyə bilərsiniz.

Toyuq və ətli bəzi yemək reseptlərində də yer fındığı əzməsindən istifadə edərək fərqli dad əldə edə bilərsiniz.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика