Kisilər üçün ən faydalı içki - Zəfəranlı süd

Dünya Homeopatiya Təşkilatının Avrasiya mümayəndəliyi üzrə mütəxəssisi Yegane Özcan zəfəranın istifadəsi və faydaları ilə əlaqədar əhəmiyyətli məlumatlar verib.

Publika.az xəbər verir ki, zəfəran adətən düyü, tərəvəz, ət, dəniz məhsulları və toyuq yeməklərində istifadə olunur. Ekspert bildirib ki, zəfəran oynaq ağrılarından, qaşınmadan xilas olmağa və iltihabın azaldılmasına kömək edir:

“Zəfəran aclığı və porsiya miqdarını azaltmağa kömək edə bilər. Aroması isə estrogen miqdarını artırır və qadınlarda kortizol səviyyəsini azaldır. Depressiya, narahatlıq, yaddaş zəifləməsi və nevroloji xəstəliklərə qarşı qoruyur.

Bu bitki C vitamini, maqnezium, dəmir, kalium ilə zəngindir, qanda şəkərin səviyyəsini tənzimləyir. Eyni zamanda, toxuma, sümük və hormon sağlamlığına kömək edir. Omeqa-3 yağ turşuları ilə maddələr mübadiləsinə müsbət təsir göstərir və qan dövranını normaya salır. B6 vitamini qırmızı qan hüceyrələrinin meydana gəlməsinə kömək edir və sinir sisteminin sağlam işləməsini təmin edir. Zəfəran bronxial astmanın simptomları ilə iltihabı aradan qaldırır.

Həftədə 3 dəfə südlü zəfəran içmək kişilərdə sperma hərəkətini artırır. Antikanserogen xüsusiyyətləri olan bu ədviyyat şişlərin böyüməsinin qarşısını alır. Dəri xərçəngi inkişafını da dayandırmağa kömək edir. Dərini ultrabənövşəyi şüalardan qoruyur. Yaşla bağlı yaranan göz zəifliyini aradan qaldırır və kataraktanın meydana gəlməsinə maneə törədir. Qan təzyiqi və pis xolesterini də azaltmaq təsirinə malikdir”.

Mütəxəssis onu da əlavə edib ki, hamilə qadınlar zəfarandan istifadə edə bilməz: “Daimi istifadə üçün gündə 2 dəfə 15 mq zəfəran məsləhətdir. Miqdarını ikiqatına çıxarmaq iki həftədən sonra zəhərli ola bilər. Təhlükəli zəfəran dozası 200 mq ilə başlanır və qan sayımında dəyişikliklərə səbəb olur. Zəfəran yalnız həddən artıq istifadə edilərsə, zərərli ola bilər. Zəfəranın 10 qram istifadəsi isə hamiləliyin pozulmasına səbəb ola bilər”.

Saglamolun.Az





loading...

DİŞLƏRİNİZİ SARIKÖKLƏ AĞARDIN

HƏKİMLƏR

Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
Vüsal Mahmudov

Vüsal Mahmudov

Travmatologiya

Travmatoloq-ortoped İş stajı - 14 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика