Bu meyvə cinsi gücü artırır, xərçəngin qarşısını alır - Bilmədiyiniz faydaları

Dünyada ən çox qəbul edilən 26 meyvədən biri də kividir.

Ölkə.az xəbər verir ki, kivinin insan orqanizminə bir çox faydası var. Kivi C vitamini ilə çox zəngindir. Soyuq havalarda qəbul edilməsi nəfəsalma ilə bağlı problemləri azaldır.

Kivi əsasən astma və nəfəs darlığı, nəfəsalma problemi olan insanlar üçün çox faydalıdır. 100 qram kivinin tərkibində 100-400 milliqram C vitamini var. Bundan başqa maqnezium, potasium ilə də zəngindir.

Kivinin tərkibində E vitamini, mis, fosfor, B2, A vitamini də var.

İtaliyada 18 min uşaq üzərində aparılan təcrübə sübut edib ki, C vitamini ilə zəngin olan kivi qəbul edən fərdlərin 44%-i nəfəsalma ilə bağlı problemi azalıb.

C vitamini həmçinin damarların sağlamlığı ilə ən vacib vitamin sayılır.

Kivi qanı duruldur, xolesterinin səviyyəsini tənzimləyir, damarlarda trombların əmələ gəlməsinin riskini və bununla da insult və infarkt riskini azaldır.

Kivi kişilərdə cinsi istəyini artırır, prostat vəzinin sağlamlığını qoruyur.

Kivinin güclü antikanserogen (xərçəng əleyhinə) xüsusiyyətləri vardır.

Kivinin digər faydalı xüsusiyyəti bağırsaqların fəaliyyətini yaxşılaşdırmaqdır. Liflərlə zəngin olan kivi bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır. Mütəxəssislər qəbizlikdən əziyyət çəkənlərə yatmazdan qabaq 2 kivi yeməyi tövsiyə edirlər.

Kivi stresi azaldır, depresiyanın qarşısını alır, orqanizmdə şəkərin miqdarını tənzimləyir, görmə qabiliyyətini artırır, uşaqlarda sümük və beyin inkişafına təkan verir, formada qalmağa kömək edir.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...
Nəzmin Musayeva

Nəzmin Musayeva

Plastik cərrahiyyə

Plastik Estetik cərrah İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика