Загрузка...

Qəbizliyi aradan qaldırır, sümükləri gücləndirir, arıqladır... – HƏR GÜN YEYİN

Çərəzlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə də badamın mütəmadi yeyilməsi sağlamlığa inanılmaz kömək edir.

Ailem.az badamın faydaları barədə məlumatlarını diqqətinizə çatdırır.

Ürək xəstəliyi riskini azaldır

Qanda pis xolesterol səviyyəsinin yüksək olması ürək-damar xəstəlikləri riski ilə əlaqələndirilir. Hər gün təxminən 20 ədəd badam yemək pis xolesterolu müəyyən səviyyədə aşağı salır. Bu da ürək xəstəliyi riskini azaldır.

Arıqlamağa kömək edir

Badam karbohidrat baxımından az, yağ və zülallar baxımından zəngin olması səbəbi ilə tox tutma özəlliyinə sahibdir. Buna görə qan şəkərini normada saxlamaq, toxluq yaratmaq və qəbizliyin qarşısını almaq kimi təsirləri ilə çəki nəzarətinə kömək edir.

Qan şəkərini tənzimləyir

Badamın tərkibində karbohidratın az, yağların çox olması səbəbi ilə toxluq müddətini uzadır. Həmçinin meyvə kimi karbohidrat tərkibli qidalarla birgə istifadəsi qan şəkərindəki ani dəyişikliklərin qarşısını alır.  

Qan təzyiqini aşağı salır

Aparılan araşdırmalar maqnezium çatışmazlığı zamanı qan təzyiqinin yüksəldiyini müəyyən edib. Yüksək qan təzyiqi isə xroniki hipertəzyiqə səbəb ola bildiyi kimi, ürəktutmaya da yol aça bilir. Badam maqnezium çatışmazlığını aradan qaldırır. Ancaq qan təzyiqini yüksəltməməsi üçün duz ilə qovrulmamış, çiy olanlarını yemək lazımdır.

Qəbizliyi aradan qaldırır

Yağlı qidalar bağırsaqlardakı əzələlərin dartılıb yumşalmasına kömək edərək, bağırsaq hərəkətlərinin artmasına səbəb olur. Liflə zəngin qidalar isə bağırsağa su çəkərək bağırsaq hərəkətlərini artırır. Badam tərkibində olan yağlar və lif sayəsində qəbizliyi aradan qaldırır.

Sümükləri gücləndirir

Sümük sağlamlığı üçün kifayət qədər kalsium və maqnezium qəbulu əhəmiyyətlidir. Xüsusilə süd və qatıq yeməyən, ya da vegeterian şəxslərdə badam istifadəsi maqnezium və kalsium tərkibi sayəsində sümüklərin güclənməsinə səbəb olur.

Dərini qoruyur

Günəşdən gələn ultrabənövşəyi şüalarla oksidatif stress dəriyə zərər verərək, erkən yaşlanmaya səbəb olur. Badamda olan E vitamini antioksidant tərkibi ilə sərbəst radikallarla savaşaraq dərini qoruyur.

Damar sərtliyinin qarşısını alır

Pis xolesterolun yüksək olması damar sərtliyinə səbəb olur. Damar sərtliyi isə ürəktutma kimi hallara yol açır. Badam E vitamini tərkibi ilə damar sərtliyinin qarşısını almağa kömək edir.

Xərçəngdən qoruyur

Badam antioksidant və lif tərkibi sayəsində xərçəngə qarşı qoruyur. Heyvanlarla aparılan çalışmalarda badam istifadəsinin bağırsaq xərçənginə qarşı qoruyucu ola biləcəyi müəyyənləşib.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика