114. ən-Nas surəsi

ən-Nas (İnsanlar) surəsi

(Məkkədə nazil olmuşdur, 6 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;
2 - İnsanların ixtiyar sahibinə;
3 - İnsanların tanrısına;
4 - Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
5 - O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6 - (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”


Saglamolun.Az

.
loading...
.

SON YAZILAR

Яндекс.Метрика