Загрузка...

Kolpit xəstəliyi

Kolpit (vaginit) ginekoloji xəstəliklərin arasında ən tez-tez təsadüf edilən xəstəliklərdən biridir. Kolpit uşaqlıq yolunun iltihabıdır.

Kolpit zamanı qadında uşaqlıq yolundan gələn ifrazatlar çoxalır, ifrazatlar iyli (bəzən "baliq iyi" verir - bu simptom trixomonada tərəfindən törədən kolpitə xasdır), sarı, yaşılımtıl və ya ağ, kəsmiyə bənzər olur. İfrazatlar tez-tez hallarda qaşınma ilə müşayiət olunur, bəzən xarici cinsiyyət üzvləri ödemləşir (şişir) və qızarır, cinsi əlaqə, sidik ifrazatı zamanı ağrılar olur, beldə və qarının aşağı hissəsində ağrılar ola bilər.

Xəstəliyin əlamətləri meydana çıxan kimi dərhal ginekoloqa müraciət etmək lazımdır. Qadınların bir hissəsi özlərində sadaladığımız simptomları aşkar etdikdə belə, həkimə müraciət etməyə tələsmir. Lakin bu xəstəlik heç də "yüngül" və "təhlükəsiz" deyil. Uzun müddət ərzində mövcud olan kolpit endometrit (uşaqlığın iltihabı), uşaqlıq boynunun eroziyası (uzun müddət ərzində mövcud olan eroziya isə xərçəng xəstəliyinə çevrilə bilər), servisit (uşaqlıq boynunun iltihabı), sonsuzluq və s. fəsadlara gətirib çıxara bilər.

Hamiləlik zamanı kolpit xüsusən təhlükəlidir və bu səbəbdən mütləq müalicə olunmalıdır.

Kolpitin inkişaf etməsinə səbəb olan amillər:

- yumurtalıqların funksiyasının zəifləməsi (misal üçün, klimaks zamanı);

- cinsiyyət sisteminin anomaliyaları (uşaqlıq yolunun divarlarının aşağı yenməsi, cinsiyyət üzvlərinin yerinin dəyişməsi və s.)

- gigiyena qaydalarına riayət etməməsi;

- uşaqlıq yolunun disbakteriozu;

- uşaqlıq yolunun travmaları (abort, düzgün olmayan yuyunma, doğuş travmaları və s.);

- allergik reaksiyalar (prezervativlərə, şamlara və s. vasitələrə qarşı);

- bəzi xəstəliklər (şəkərli diabet, yumurtalıqların xəstəlikləri və s.) və infeksiyalar (xlamidiya, trixomonada, mikoplazma, qonokokk və s.).

Kolpitin səbəbindən asılı olaraq müalicə zamanı antibakterial (antibiotiklər), göbələk əleyhinə, iltihab əleyhinə preparatlar istifadə olunur. Müalicəni həm qadın həm də onun həyat yoldaşı almalıdır. Bu çox vacibdir!

Kolpitin səbəbi menopauza zamanı qadın hormonlarının defisiti olarsa, bu zaman həkim tərkibində çatışmayan hormonlar olan preparatları təyin edə bilər.


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#8 Nura 17.10.2013 16:30
Salam,,,bu xəstəliy daha az yaşlı xanımlarda rast gəlinə bilər?? məs,20-25 arası..
#9 Administrator 19.10.2013 05:48
Hörmətli Nura xanım!
Bəli, bu mümkündür.
#10 Rosi 29.11.2013 12:16
salam, mende demek olar ki, bu elametlerin hamisi var mene cox xahis etsem meslehetli bir sam, derman antibiotik terkibli, maz', yaza bilersiz? evvleceden tesekkur edirem
#11 Sahzade 03.04.2014 15:02
salam hekim,2 il idi spiralim var idi.3 ay once cixartdirdim, muayine zamani dediler ki, polikistozum var. ne edim?
#12 Administrator 04.04.2014 14:22
Ginekoloqa müraciət edin.
Polikistoz haqqında saytımızda məlumat var.
#13 Resad 19.04.2015 20:28
salam hekim necesiz?men oglan olsamda 1 sualim var size sualim beledi:demeli bir taniw qiz var onda uwaglig borulari curumuwdu semaskada emeliyyat olundu uwaglig borularinin ikiside cixarildi o qiz hamile ola biler?xahiw edirem cavab yazin onun uwaga qalma wansi var?
#14 Administrator 20.04.2015 04:38
Цитирую Resad:
salam hekim necesiz?men oglan olsamda 1 sualim var size sualim beledi:demeli bir taniw qiz var onda uwaglig borulari curumuwdu semaskada emeliyyat olundu uwaglig borularinin ikiside cixarildi o qiz hamile ola biler?xahiw edirem cavab yazin onun uwaga qalma wansi var?


Əgər hər iki uşaqlıq borusu xaric olunubsa, qadın yalnız süni mayalanma üsulu ilə hamilə qala bilər.

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика