Загрузка...

Həyata pozitiv baxaq! Psixoloqun tövsiyələri



Bəzən işlər pis gedir. Hər kəsin həyatında yaxşı gün olur, pis gün olur. Çətin günləri sovuşdurmaq üçün, problemlərin öhdəsindən gələ bilmək üçün, insan psixologiyasının da buna uyğun və güclü olması lazımdır.

Hər kəsin özünə görə bir “çəhrayı” eynəyi, əhvalını yüksəltmək üçün bir yolu var. Nəticə uğurlu olub olmaya bilər, vacib olan ruhdan düşməməkdir.

- Stəkanın dolu hissəsini görün!

- Şikayət etməyin və müsbət duyğular üzərinə köklənin.

- Müsbət tərəflərinizi görün, zənginliklərinizi, potensialınızın fərqinə varın. Kaliforniya Universitetində aparılan bir araşdırmaya görə xoşbəxtliyimizi və rahatlığımızı 40% seçimlərimiz və həyata baxışımızın nəticəsində qazanırıq. Qısa müddətli də olsa, özünü yaxşı hiss etmənin yollarından biri məşğul olduğumuz işə yaxşıca köklənməkdir. Zaman dayanmış kimi olur, problemlərimizi unuduruq.

- Özünüzü motivə edəcək şəkildə hədəflər qoyun: Bu mövzuda necə daha yaxşı ola bilərəm? Daha az yorularaq bu işi necə edə bilərəm?

- Hər gün işlərinizdən bir hissəsini həll edin. Zamanınızdan səmərəli istifadə etmənin verdiyi xoşbəxtlik, insanın özünü yaxşı hiss etmə səbəblərindən biridir.

- Həyatınızda yeniliklər edin. İnsan gündəlik kiçik gözəlliklərə o qədər öyrənir ki, qiymətini bilmir. Zövq almaq beyində endorfin kimi xoşbəxtlik hormonlarının ifraz olunması deməkdir.

- Hər gün eyni şeyləri etməkdən imtina edin, həyatınıza yeniliklər qatın. Bunlar çox sadə şeylər ola bilər… Məsələn: sabah səhər naharınızı isti geyinib eyvanda edin, İşə fərqli bir yoldan, ətrafınıza baxa-baxa gedin və s. Qabığımızdan çıxıb varlığımızla barışdığımız anda passiv roldan çıxıb həyatın içində aktiv rol aldığımızı görəcəyik. Enerjimiz pozitiv olaraq dəyişəcək və problemlərlə üzləşmək çox daha rahat olacaq.

Həyatda var olan bütün gözəlliklər üçün şükür edib təbəssüm edək. Bu həm özümüz üçün, həmdə sevdiklərimiz üçün həyati dərmandı. Sevgiylə qalın.

Sevinc Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Dushunce.az


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика