Uşağım niyə danışmır?

Bəzi uşaqlar yaşıdlarına nisbətən gec danışmağa başlayırlar. Bəzən uşaqların hansı yaşlarda necə danışdığını bilməyimiz onlarda nitqindəki geriliyişləri aşkar etməyə imkan verir.

Uşaqlar əsasən 6-cı aydan etibarən səslər çıxarmağa (ma-ma, ba-ba-ba və s.), 1 yaşdan müəyyən sözləri söyləməyə, 1 yaş 6 ayından sadə cümlələr qurmağa başlayırlar. Əgər övladınızda bu dövrlərdə geriləmə hiss edirsinizsə, bu zaman mütləq mütəxəssisə müraciət etməlisiniz. Əks təqdirdə uşağın zehni və psixi inkişafında ciddi geriləmələr peyda olacaqdır. Uşağın gec danışmasına və ya heç nə danışmamasına bir neçə amil təsir göstərir. Bunlar:

- Zəka geriliyi

- Eşitmə problemi

- Görmə problemi

- Epilepsiya

- Xroniki depressiya

- Psixoloji səbəblər

Bu dəfə biz psixoloji səbəbləri araşdıracağıq. Uşağımızın gec danışmasına səbəb olan psixoloji səbəblərə diqqət edək:

- Tək qalmaq: çevrəsi məhdud olan yerdə olan, diqqətdən kənar qalan, onunla çox danışılmayan uşaqlar gec danışır.

- Televiziya hədsiz izləmək: xüsusən 0-3 yas arası dövrdə televiziya izləyən uşaqlarda xarici aləmdən təcrid olunma, öz-özü ilə tək qalma, insanlardan və insanlarla söhbətdən uzaqlaşma, çağıranda baxmamaq kimi hallar gec danışmaya səbəb olur.

- Uşağın özünə qapalı olması: xaraktercə özünə qapalı olması və ya hər hansı yaşadığı stresslər nəticəsində yarana bilər.

- Bacı-qardaş qısqanclığı: ona diqqət, qayğı göstərilmədiyini düşünən zaman ortaya çıxır.

- Cinsiyyət fərqi: oğlanlar qızlara nisbətən daha gec danışmağa başlayırlar.

- Ailə faktoru: ailədə iki və daha çox dildə danışma zamanı ortaya çıxır.

Əgər bu halları müşahidə edirsinizsə, deməli uşağınızda ünsiyyət problemi var. Bu problem olan uşaqlar cəmiyyətə adaptasiya zamanı çətinlik çəkir, bağçada, məktəbdə ciddi problemlər yaşayırlar. Daim özlərinə güvənləri aşağı olur, özlərini ifadə edə bilmir, valideynlərini itirmə qorxusu ilə qarşılaşırlar. Üzərinə düşülmədiyi təqdirdə isə gələcək həyatlarında özlərini tapa bilməyən məqsədsiz bir şəxsiyyət kimi formalaşırlar.

Əziz valideynlər, övladlarınızın gələcəyinə laqeyd yanaşmayın!

NARINC UŞAQ PSİXOLOQGİYA MƏRKƏZİ-nin uşaq psixoloqu

Aydan Talıbova

Narinc.az

Saglamolun.Az

............




loading...

HƏKİMLƏR

Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...

 


Яндекс.Метрика