Загрузка...

Xalın təhlükəsi

Melanoma ən təhlükəli xərçəng növündən biri sayılır. Xəstəlik tez inkişaf edir və metastazlar verir.

Bəzən bu xəstəliyin səbəbi insanın bədənində uzun illər ərzində olan "zərərsiz" xal olur. Təbii ki, bütün xallar xərçəngə çevrilmir. Lakin insanın bədənində çoxlu sayda xallar (və xüsisilə iri "həcmli" xallar) olduqda insan çox diqqətli olmalıdır və xalın xərçəngə çevrilməsinin simptomlarını bilməlidir.

Bu simptomların arasında:

- xalın asimmetrik olması. Bunun üçün xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın  "hissələrinə" diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur.

- xalın kənarları nahamar - dalğavari və ya "dişli" şəkil aldıqda.

- xalın rəngi normada dəyişilməməlidir. Əgər xalın rəngi əvvəl açıq-qəhvəyi olubsa, sonra isə dəyişilibsə (boz və ya qara), bu təhlükəli simptom sayılır.

- xalın ölçüləri böyük olduqda (6 mm və daha artıq) bu onun melanomaya çevrilməsi riskini artırır. Xal birdən böyüməyə başladıqda bu xərçəngin simptomu ola bilər.

- xalın üzərində çatlar, qabıqlar əmələ gəldiqdə, xal qanamağa, qabıq verməyə başladıqda, xalın teksturası dəyişildikdə, bu narahatçılıq üçün ciddi səbəb yaradır.

Əgər Siz özünüzdə sadalanan simptomlardan heç olmasa birini aşkar etmisinizsə, mütləq dermatoloqa müraciət edin. Lazım olduqda dermatoloq Sizi onkoloqun müayinəsinə göndərə bilər. Melanoma diaqnozu təsdiq olunduqda, dərhal müalicəyə başlamaq lazımdır. İlkin mərhələdə bu xəstəlik tam müalicə oluna bilər.

Melanomanın risk faktorları aşağıdakılardır:

- gün vannalarından süi-istifadəsi (xüsusilə günün maksimal aktivlik vaxtlarında - 12.00-dan -16.00-a kimi).

- xalın travması (qopma, zədələnmə).

- xalın paltarların detalları ilə (kəmər, yaxalıq, büsthalter) daim sürtülməsi və ya sıxılması.

- orqanizmdə gedən hormonal dəyişikliklər (hamiləlik zamanı və s.).

Bir qrup insanlarda xalın melanomaya çevrilməsi riski digər insanlarla müqayisədə daha yüksək olur. Bu dərisi və saçları açıq rəngdə olan, bədənində çoxlu iri (6 mm-dən böyük) xallar olan, yaxın qohumları arasında melanoma xəstəliyi olan insanlara aiddir.

Bəzi hallarda (xal çox iri olduqda, "pis" yerdə yerləşdikdə və s.) insana xalın xaric olunması məsləhət görülür. Bu melanomanın inkişaf etmə riskini azaldır. Lakin bu əməliyyatı mütləq həkim (kosmetoloq yox!) etməlidir və xaric olunmuş xalın hüceyrələri mütləq histoloji analiz olunmalıdır.


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#1 ulviagayev 07.08.2014 09:59
slam hekim menin bogazimin altinda iki yerde et xali var sizin sadaladiginiz simtomlar yoxdur lakin onlarin uzerinde sert sekilde tuk cixir mende onlari maqqasla gotururem sualim beledir bunu elemek tehlukelidimi yoxsa ziyan yoxdumu men artiq 5 ildiki bunu edirem
#2 Administrator 07.08.2014 10:46
Xalı zədələməyin. Bu təhlükəlidir. Maqqaşla götürməyin, qayçı ilə kəsin.
#3 Aytən 02.12.2014 05:33
salam həkim. mənim atamın kürək nahiyəsində və boğazının ətrafında dəri rəngində xırda xallar yaranıb. xallar xırda olsa da qabarıq formadadır. məlumat verim ki atam şəkər xəstəsidir. sizcə bu xallar şəkərlə əlaqədar yarana bilər ya bu dediyiniz xərçəng xəstəliyinin əlaməti ola bilər. bu xallar təxminən 1 il müddətində əmələ gəlib və sayı həddən artıq çoxdur.
#4 Administrator 02.12.2014 13:53
Bu linkə keçib sualınızı dermatoloqa verin: http://saglamolun.az/index.php/dermatovenerologiya/2429-murad-bagirov.html
#5 Arzudovum 17.06.2015 07:12
Salam.Atamin uzunde qara xalolub hemiwe,bir az hecmli.bu yaxinlarda fikir verdik ki xal yekelib.neynen elaqedar ola biler?hara muraciet edek ?agri filan yoxdi.ozu de wekerdi...tewek kur edirem
#6 Administrator 18.06.2015 05:05
Цитирую Arzudovum:
Salam.Atamin uzunde qara xalolub hemiwe,bir az hecmli.bu yaxinlarda fikir verdik ki xal yekelib.neynen elaqedar ola biler?hara muraciet edek ?agri filan yoxdi.ozu de wekerdi...tewekkur edirem


Onkoloqa müraciət edin.

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика