Bu simptomları qaçırmayın! Qalxanvari vəzi xərçəngi

Qalxanvari vəzi xərçəngi nadir xərçəng növlərindən biridir. Bu xərçəng növünə qadınlar arasında kişilərlə müqayisədə 2-3 dəfə daha tez-tez təsadüf edilir.

Bu xəstəlik istənilən yaşda inkişaf edə bilər, lakin daha tez-tez 40-60 yaşlı insanlar arasında aşkar olunur. Son zamanlar bu xəstəliyin halları daha cavan insanlar və hətta yeniyetmə və uşaqlar arasında artıb.

Nəzərə almaq lazımdır ki, qalxanvari vəzi xərçəngi ölkəmizdə yayılmış zob (xüsusilə düyünlü zob) xəstəliyi fonunda inkişaf edə bilər.

Müasir tibdə qalxanvari vəzi xərçəngi çox uğurla müalicə olunur. Lakin bunun üçün xəstəlik vaxtında aşkar olunmalıdır.

Səbəblər

Bir çox digər xərçəng növləri kimi bu xəstəliyin də dəqiq inkişaf etmə səbəbi sona qədər məlum deyil. Xəstəliyin risk faktorları arasında bunlardır:

- Radioaktiv şüalanma. Çernobıl atom elektrostansiyasında baş vermiş qəzadan sonra qalxanvari vəzi xərçəngi halları 15 dəfə artıb.

- Şüaterapiya (baş və boyun nahiyəsinə). Rentgen şüaları ilə şüalanma on illər sonra şişin əmələ gəlməsinə səbəb ola bilər.

- İrsiyyət.

- Peşə ilə bağlı risklər (rentgen avadanlığı ilə işləyən tibb işçiləri, ağır metallarla işləyənlər və s.).

- Güclü uzunmüddətli streslər.

- Qalxanvari vəzi xəstəlikləri (zob, qalxanvari vəzidə düyünləri, kistaları).

- Ziyanlı vərdişlər (siqaret çəkmək, spirtli içkilərin qəbulu). Bu faktor bir çox xərçəng xəstəliklərinin riskini artırır.

- Hormonal pozulmalar (məsələn, qadınlarda hormonal fonun pozulması).

Simptomlar

- Qalxanvari vəzi nahiyəsində kiçik şişin əmələ gəlməsi.

- Boyun nahiyəsində limfa düyünlərinin böyüməsi.

- Boyun nahiyəsində ağrılar.

- Udmanın çətinləşməsi.

- Səsin dəyişilməsi, batması.

- Soyuqdəymə və allergiya ilə bağlı olmayan öskürək.

- Təngnəfəslik, nəfəsalmanın çətinləşməsi.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика