Sinir sistemi üçün ən xeyirli məhsullar...

Hər  zaman eşitdiyimiz  "bütün xəstəliklər əsəbdəndir" kimi fikirlər həqiqətdir.

Sinir sistemi zəiflədikdə, ürək-damar, həzm və sidik-tənasül sistemində ağırlaşma təhlükəsi yarana bilir.

Sinir sisteminin sağlam saxlanılması üçün, düzgün qidalanma çox vacibdir.Sizə sinir sistemi üçün lazımlı olan məhsullar siyahısını  təqdim edirik:

- Banantəzə pomidorlar. Sinir sistemini möhkəmləndirir və depressiyanın yaranmasına əngəl olur.

- Skumbriya, treska və qızıl balıq. Bu balıqların tərkibində lazımlı yağlar var. Sinir tellərini toksik maddələrdən  qorumağa kömək edən, qaraciyəri canlandırır.

- Yumurta. Letitinlə zəngin olan bu məhsul, pis əhval-ruhiyyə ilə mübarizə etməyə kömək edir.

- Süd məhsulları, kələm, kök, alma. Bu məhsulların tərkibində orqanizm üçün ideal porsiyada kalsiy və fosfor vardır. Kalsiy sinir gərginliyindən kömək edir, fosfor isə sinir sistemini gümrahlandırır.

- Göyərti. Orqanizmdə tormozlanma prosesslərinin normallaşmasını təmin edən maqniy ilə zəngindir.

- Cücərmiş bitki toxumları, çörək, yarma. Bu məhsullar orqanizmin stressə dayanıqlılığını artıran B qrup vitamini ilə zəngindir.

- Bitki yağları, qoz, avakado. Tərkibidnə E vitamini olan bu məhsullar, orqanizmə enerji verərək, əzələ aktivliyini stimullaşdırır.

- Çiyələk. Yaxşı əhval ruhiyyə giləmeyvəsidir. Sinir sistemini stimullaşdırır və yaxşı antidepressant sayılır.

- Pendir, kartof, araxis, küncüt. Tərkibində qlisin, tirosin, triptofan və qlyutamin turşusu kimi vacib amin turşuları vardır. Bu amin turşuları orqnizmin iş qabiliyyətini yüksəldir və sinir sitemini sakitləşdirir.

Saglamolun.Az




loading...

UŞAQLARDA ALLERGİYA

 


Яндекс.Метрика