"Bizim orqanizmimiz nə qədər qız atası olmaq üçün spermatozoit yetişdirirsə, bir o qədər də oğlan olması üçün yetişdirir".
Sağlamolun.az xəbər verir ki, bu sözləri Baku City Hospitalın uroloq-androloqu Mirhikmət Qiyasov Səhiyyə TV-də yayımlanan "Can Sağlığı" proqramında deyib.
O bildirib ki, uşağın oğlan və ya qız olması sadəcə qismət məsələsidir:
"Son vaxtlar mənim də qarşıma çıxır ki, müəyyən planlamalar, hesablamalar edirlər oğlun olacaq və ya qızın olacaq deyə. mən qətiyyən belə şeyləri tövsiyyə etmirəm".
Həkimlə əlaqə saxlamaq üçün 050 662 69 92 mobil nömrəsinə zəng edin!
Daha ətraflı videodan izləyə bilərsiniz:
Saglamolun.Az