Təbii bitki çayları xəstəliklərin müalicəsində mühüm rol oynayır.
Sağlamolun.az xəbər verir ki, mədə yanmasından yaranan yanma hissi və ağrıları aradan qaldırmaq üçün bu təbii üsulu sınaya bilərsiniz.
Tərkibindəki sağlam maddələrlə xəstəliklərin sağalmasına kömək edən bu çaylardan biri mədə yanmasından qurtulmağın hiyləsi hesab olunur.
Təbii bitki çayı olan zəncəfil çayının müntəzəm istifadəsi mədəni rahatlaşdıraraq mədə yanmasını aradan qaldırmağa kömək edir. Zəncəfilin tərkibindəki sağlam komponentlər mədə turşusunu balanslaşdırmağa kömək edir. Mədəni sakitləşdirən zəncəfil çayı oksidləşdirici stressi də azaldır.
Mədə yanması baş verən hallarda 1 stəkan zəncəfil çayı hazırlayıb içə bilərsiniz. İstəyirsinizsə, isti halda içilməsi lazım olan zəncəfil çayına bal və limon da əlavə edə bilərsiniz. Limon, sağlam turşu tərkibi ilə mədə turşusunu tarazlamağa kömək edir, bal isə boğazda qıcıqlanma və ağrı hissini azaldır.
Saglamolun.Az