Səhər yorğun oyanırsınızsa, sizdə BU VİTAMİNİN defisiti var

D vitamini immun sisteminin normal fəaliyyəti üçün ən vacib olan vitaminlərdən biridir. Məhz bu vitamin orqanizmə qış infeksiyaları ilə mübarizə etməyə yardım edir.

D vitamini gün şüaları altında orqanizmdə sintez olunur. Qışda bu vitaminin orqanizmdə sintezi təbii olaraq azalır.  

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, ekspertlərin sözlərinə görə, D vitamininin orqanizmdə defisitinin ilk simptomlarından biri səhər oyananda güclü yorğunluq və zəiflik hissidir.  

Bundan əlavə D vitamininin defisiti bu kimi simptomlara özünü büruzə verir:

- başın tərləməsi

- əzələ zəifliyi

- oynaqlar və beldə ağrılar

- çəkinin səbəbsiz artması.

D vitamininin qışda səviyyəsini artırmaq üçün nə etmək lazımdır? Ekspertlər qidalanmada balıq, yumurta, qırmızı ət, göbələk kimi qidaları artırmağı tövsiyə edirlər.

Bəzən həkimlər D vitaminini preparatlar şəklində təyin edirlər. Ekspertlər xəbərdarlıq edirlər ki, həkimlə məsləhətləşmədən bu vitamini qəti şəkildə qəbul etmək olmaz.  

Saglamolun.Az