Orqanizmdə KALSİUMun defisitinə işarə edən 7 SİMPTOM

Kalsium orqanizmdə böyük rol oynayır və orqanizmdə gedən bir çox proseslərdə aktiv iştirak edir.

Hamı bilir ki, kalsiumun normal səviyyədə olması sümük və dişlər sağlamlığı üçün çox vacibdir. Lakin bu mineral həmçinin dəri, saçlar, ürək-damar, immun, sinir sistemi üçün də olduqca önəmlidir.

Uzun müddət ərzində mövcud olan və müalicə olunmayan hipokalsiyemiya (kalsiumun defisiti) osteoporoz (sümüklərin əriməsi), hipertoniya, ürək-damar sistemi xəstəlikləri, insult, hətta bəzi onkoloji xəstəliklərin (bağırsaq xərçəngi, prostat vəzi xərçəngi) riski artır.

Saglamolun.az oxucularını kalsiumun defisitinin simptomları ilə tanış edir:

- Yorğunluq, gücsüzlük, iş qabiliyyətinin azalması

- Yuxunun pozulması, yuxusuzluq

- Saç və dırnaqların qırılması

- Dişlərin soyuq və isti qida və içkilərə həssaslığının artması, dişlərin ovulması, kariyesin artması

- Oynaqlarda ağrılar, baldırlarda qıcolmalar

- Allergiyaya meyllilin artması, polinoz

- İmmunitetin zəifləməsi nəticəsində soyuqdəymə, virus, göbələk xəstəliklərinin artması.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...