Böyrəkləri, ürəyi, damarları xəstəliklərdən qoruyan ən sadə TƏBİİ VASİTƏ

Tanınmış alman kardioloqu, professor Ditrix Qrenemeyer sübut edir ki, limonlu su kimi sadə təbii vasitə bizi ürək tutması, böyrək xəstəlikləri, damarların zədələnməsi və yorğunluqdan qoruya bilər.   

Saglamolun.az Focus.de-yə istinadən xəbər verir ki, limon turş olsa da orqanizmin xarici mühitini gələviləşdirir və bununla da bir çox pozulmaların qarşısını almağa yardım edir.

Ət, spirtli içkilər, şəkər orqanizmin turşuluğunu artırır ki, bu da bir çox orqan və sistemlərə mənfi təsir edir və hətta xərçəngin riskini artırır.

Əksinə isə orqanizmin gələviləşdirilməsi ürək, damarlar, böyrəklər, dəri, sümüklər, qığırdaqlar və digər orqanları qoruyur, onların sağlamlığına müsbət təsir edir.

Həmçinin limon ən güclü antioksidantlardan biri olan C vitamini ilə zəngindir. Bu vitamin damarları möhkəmləndirir və bununla da ürək tutmasının riskini azaldır.

Professor hər gün yeməkdən əvvəl 1 stəkan limonlu su içməyi tövsiyə edir.   

 

Saglamolun.Az




loading...