Beli 10 günə incəldən zülal pəhrizi

Canlı orqanizmdə rast gəlinən çoxlu sayda müxtəlif üzvi birləşmələrin içərisində zülallar mühüm əhəmiyyətə malikdir.

Onlar mühüm funksional element olaraq bütün canlıların tərkibində var. Maddələr mübadiləsini idarə edən fermentlər zülallardır. Bizim orqanizmimiz zülal istehsal etmək iqtidarında deyil, bu səbəbdən, onları mütəmadi olaraq qida ilə qəbul etmək lazımdır.

Publika.az bu yazıda zülal pəhrizindən bəhs edib.

Zülallı qidaların həzm etmə prosesi çətindir. Zülal pəhrizinin əsas prinsipi belədir: aclıq hissini öldürür, əzələlərin güclənməsinə kömək edir, xüsusilə, qarın və ombalarda toplanmış yağ ehtiyatlarını əriməyə məcbur edir.

Zülal pəhrizi ilə arıqlamaq üçün iki sxem təklif olunur. Onların klassik variantdan əsas fərqi odur ki, karbohidratlar qida rasionundan tamamilə ixtisar edilmir və bu zaman orqanizmə də heç bir ziyan dəymir.

Zülal pəhrizinin birinci sxemi

1. Səhər yuxudan ayılan kimi acqarına dərhal 250 ml. ilıq su için. Su orqanizmdə maddələr mübadiləsini sürətləndirəcək.

2. 30 dəqiqədən sonra səhər yeməyini yeyə bilərsiniz: suda bişmiş 1 yumurta.

3. Pəhrizin birinci yarısı ərzində nahar və şam yeməyində qaynadılmış toyuq əti yeyin.
Toyuğu isə belə hazırlamaq lazımdır: Suda duz atmadan bulyon şəklində qaynadın. Dərisini və piyləri kəsib götürün. Ətin gündəlik norması 800 qramdır.

4. Pəhrizin ikinci yarısını bağırsaq təmizləməsinə həsr edin. Hər gün tərkibində çox nişasta olmayan 1 kilo tərəvəz yeyin.

5. Hər gün özünüzə tərəvəz salatı hazırlayın.

6. Pəhriz boyu gündə ən azı 2 litr su için.

Pəhrizin 2-ci sxemi

1. 10 günlük pəhriz ərzində sutkada 2 litr su, həmçinin itburnu dəmləməsi için.

2. Birinci gün yalnız qaynanmış yumurta yeyin: 4-6 ədəd.

3. İkinci gün - balıq. Qaynadılmış yağsız balığı istənilən qədər yeyin.

4. Üçüncü gün doyana qədər yalnız yağsız kəsmik yeyin.

5. Dördüncü gün qaynadılmış toyuq əti yeyin.

6. Pəhrizin beşinci günü karbohidratlara icazə verilir. Kartofu qaynadılmış halda, lakin duzsuz yeyin.

7. Altıncı günü qaynadılmış yağsız mal ətinə həsr edin. Onu da toxluq hiss edənə qədər yeyin.

8. Yeddinci gün təzə tərəvəzlər yeyilməlidir. Meyvə salatı yeməklə kifayətlənin.

9. Səkkizinci gün şirniyyatdan ötrü darıxanlar üçündür. Bu günün rasionuna meyvə daxil olunub.

10. Doqquzuncu gün təxminən 1,5 litr qatıq için.

11. Onuncu gün - təmizləmə prosesidir.  Bu gün yalnız itburnu həlimi və su için.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...
Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика