Həzm proseslərini yaxşılaşdırır, qarında köp və ağırlığı aradan qaldırır

Ərəb ölkələrində və Hindistanda yeməkdən sonra hil çeynəmək adəti vardır. Bu çox sağlam və faydalı adətdir.

Hər gün yeməkdən sonra hil çeynəmək insan orqanizminə çox müsbət təsir edir:

- Saglamolun.az xəbər verir ki, bu həzm proseslərini yaxşılaşdırır, qarında köp və ağırlığı aradan qaldırır.

- Ağızdan gələn pis qoxunu yox edir.

- Ağız boşluğuna antiseptik təsir edir, yerli immuniteti möhkəmləndirir, anginanın qarşısını alır.

- Orqanizmi ziyanlı maddələrdən təmizləyir.

- Ürəyin fəaliyyətini yaxşılaşdırır.

- Əhvalı yaxşılaşdırır, beyinin fəaliyyətini stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır, baş ağrılarını azaldır.

- Bir çox digər ədviyyatlar kimi orqanizmə xərçəng əleyhinə təsir edir.

Hər gün 2-3 hil çeynəmək olar.

Saglamolun.Az