Загрузка...

Düzgün manikür = sağlam dırnaqlar

Manikürü 7-10 gün ərzində 1 dəfə etmək məsləhətdir. Evdə və ya kosmetik salonda manikür etməyinizdən asılı olmayaraq dırnaqlarınızın sağlamlığına nəyin zərər yetirdiyini mütləq bilmək lazımdr.

- Dırnaqları vanna etdikdən dərhal sonra yonmaq olmaz, belə ki, bu prosedura onları yumşaq və kövrək edir.

- Təbii dırnaqlar üçün sərt metal dırnaq “pilkalardan” istifadə etmək olmaz. Mütəxəssislər almaz tozlu dırnaq “pilkalardan” istifadə etməyi məsləhət görürlər.

- Quru dırnaqları dırnaqtutanla kəsmək olmaz.

- Kutikulanı kobud şəkildə kəsmək olmaz. O, dırnağın sağlamlığına cavabdehdir.

Manikürün bir neçə növü vardır. Klassik manikür hamıya yaxşı məlumdur. Bu zaman isti vannadan sonra kutikula çıxarılır. Avropasayağı manikür dırnaqları daha çox qoruyur. Kutikula xüsusi tərkibli məhlulla yumşaldılır və xaric edilməyərək taxta çubuq və ya rezin (plastik) başlığı olan alətlə arxaya çəkilir.

Kutikula işləndikdən sonra dırnağa lazımi forma verilir və onun səthinə dırnaq lakı vurulur. Əvvəlcə mütləq “baza lakı” vurulmalıdır. Bu lak dırnaqlarda rəngsiz və şəffaf görünür (hətta qabında bir az rəngli olsa da). Baza lakı dırnaqları qoruyur, tərkibinə vitamin və mikroelementlər daxil olduğu üçün onları sağlamlaşdırır, əsas lak tonunun yaxşı vurulmasına kömək edir, onun davamlılığını artırır.

Baza-lakından sonra əsas ton, sonra isə rəngsiz möhkəmləndirici lak vurulur. Mütəxəssislər baza lakını, hətta dırnaqları boyamadıqda belə, onları qorumaq üçün vurmağı məsləhət görürlər. Belə ki, müntəzəm olaraq müxtəlif məişət kimyası ilə kontaktda olmaq dırnaqları xeyli dərəcədə korlayır.

Əgər siz dırnaqlarınızın sağlam olmasını istəyirsinizsə, onda heç bir halda istehsalçısı məlum olmayan ucuz dırnaq boyalarından istifadə etməyin.

Lakı silmək üçün istifadə edilən aseton əsaslı vasitələr dırnaqlara ziyan vurur. Bu məqsədlə, bitki ekstraktları əlavə olunmuş, asetonsuz, yumşaq, qoruyucu məhlullardan istifadə edilməsi daha çox arzu olunandır.

Hal-hazırda dəbdə olan dırnaqların uzadılması prosedurası onları korlaya bilər. Məsələ ondadır ki, süni dırnaqların altında təbii dırnaqlar zəifləyir, nazik və yumşaq olur. Ona görə də əgər siz dırnaqlarınızı uzatmısınızsa, bu dövrdə təbii dırnaqlarınızı möhkəmləndirmək üçün vitaminlər və kalsium qəbul etmək məsləhətdir. Süni dırnaqları çıxardiqdan dərhal sonra onları yenidən uzatmaq məsləhət deyil. Əvvəlcə onlara xüsusi kosmetik qulluqedici vasitələrin köməyi ilə müalicə etmək lazımdır.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Selena 29.05.2013 17:15
Sagolun

Загрузка...

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Zülfiyyə İbrahimova

Zülfiyyə İbrahimova

Nevrologiya

Nevropatoloq, Pediatr, EEQ İş stajı - 22 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика