Xaya və xaya artımının kistası

Bu xəstəlik zamanı xaya və xaya artımında içərisi maye ilə dolu qovuq əmələ gəlir. Xaya və xaya artımı kistası xəstəliyi kişilər arasında kifayət qədər yayılmış xəstəliklərdəndir.

Xəstəlik həm anadangəlmə, həm də qazanılma (kişi cinsiyyət orqanları sahəsinin müxtəlif travmaları və iltihablı xəstəliklərindən sonra) ola bilər.

Əksər hallarda xaya və xaya artımı kistaları özlərini heç bir əlamətlə büruzə vermirlər və təsadüfi olaraq, məsələn, profilaktik tibbi müayinə və ya hər hansı digər xəstəliklərə görə müayinə olunarkən aşkar olunurlar. Kistalar tədricən inkişaf edərək, heç bir pozğunluq yaratmadan, kişinin cinsi aktivliyinə və reproduktiv (dölyaratma) funksiyalarına heç bir təsir etmədən inkişaf edir.

Bir qayda olaraq xaya və xaya artımı kistaları heç bir müalicə tələb etmir. Yalnız nadir hallarda, bu kistaların xərçəng xəstəliyinə keçməsi ehtimalı olduqda, onların ölçülərinin böyük olması səbəbindən ağrı hissiyyatı və həmçinin spermatozoidlərin xaric olunmasına maneçilik törətməsi hallarında müvafiq mütəxəssis tərəfindən kistaların xaric olunması üçün cərrahi əməliyyat aparılır.

Kişilər yadda saxlamalıdırlar ki, xayalıqda hər hansı bir şişkinlik müşahidə etmiş olsalar, tez bir zamanda müayinə üçün həkimə müraciət etməlidirlər. Çünki, bu şiş zərərsiz bir kista olmaqla yanaşı, xayanın xərçəng xəstəliyi də ola biər.

Digər bədxassəli şişlər kimi, xayanın xərçəng xəstəliyi də nə qədər tez aşkar edilmiş olarsa, onun müalicəsi də bir o qədər asan və effektli ola bilər. Həkim baxışından sonra xəstəyə xayalığın USM-i və bir neçə laborator müayinələr təyin olunur. Müayinələr nəticəsində xəstədə xayanın xərçənginə şübhə yaranmış olarsa, şiş toxumasının biopsiya müayinəsi keçirilir. Biopsiya materialının müayinəsi nəticəsində isə onların adi və ya xərçənğ hüceyrələri olması müəyyən edilir.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#8 LALA 17.08.2014 15:35
Hekim yoldasimda sag xaya a xaya artiminin basinda 4.8x3.3 mm anexogen kista ve sol xayasinda xaya artiminin basinda 6.6x4.5mm anexogen ve 8.8x8.6mm hipoexogen mohteviyyatli kista var.bu ne demekdir?
#9 Administrator 17.08.2014 18:08
Məqalədə bu haqda bütün lazım olan məlumatlar var.
#10 UmmuIbrahim 04.01.2015 16:46
Salam aleykum. Sualima gore uzr isteyirem... Oglum 6 ayliqdir. xayasinin bir terefi normaldi, diger terefi ise gun erzinde bir neche defe wiwir, sanki ichi su ile dolur, herden de kiçiklewir. 1ci oglumda da bele bir wey var idi doguwdan. amma ki o oglumda xayanin her iki terefi eyni veziyyetde qisa bir zamanda balacalawib normallawdi. bu oglumda da doguwdan var bele bir problem, amma ki balacalawmir ve bir xayasindadir.bu na gore cox narahatam, hekim ve ya usm-den kecmeliyikmi ve ya ne qederse vaxt gozlemeliyikmi? sunneti 1 ay yariminda oldu ve sunnet eden hekim dediki bir az vaxt gozleyin duzelecek. diger pediator da hemin sozu demiwdi. siz ne meslehet gorursunuz? onceden tewekkur. Allah razi olsun
#11 Administrator 05.01.2015 06:29
Цитирую UmmuIbrahim:
Salam aleykum. Sualima gore uzr isteyirem... Oglum 6 ayliqdir. xayasinin bir terefi normaldi, diger terefi ise gun erzinde bir neche defe wiwir, sanki ichi su ile dolur, herden de kiçiklewir. 1ci oglumda da bele bir wey var idi doguwdan. amma ki o oglumda xayanin her iki terefi eyni veziyyetde qisa bir zamanda balacalawib normallawdi. bu oglumda da doguwdan var bele bir problem, amma ki balacalawmir ve bir xayasindadir.buna gore cox narahatam, hekim ve ya usm-den kecmeliyikmi ve ya ne qederse vaxt gozlemeliyikmi? sunneti 1 ay yariminda oldu ve sunnet eden hekim dediki bir az vaxt gozleyin duzelecek. diger pediator da hemin sozu demiwdi. siz ne meslehet gorursunuz? onceden tewekkur. Allah razi olsun


Bu linkə keçib sualı pediatra verin: http://saglamolun.az/index.php/pediatriya/968-guenay-rsulova.html
#12 qwerty 27.11.2015 15:13
salam xayamin biri sisib ve berkdi 2 gun evvel qusdum eledim vezyetim yaxwi deildi ve sonra hiss eledim xayam biri sag terefdeki sish ve berkdi yeriyende ve yatanda cetinlik cekirem xais cavablandirinda
#13 Administrator 28.11.2015 08:16
Цитирую qwerty:
salam xayamin biri sisib ve berkdi 2 gun evvel qusdum eledim vezyetim yaxwi deildi ve sonra hiss eledim xayam biri sag terefdeki sish ve berkdi yeriyende ve yatanda cetinlik cekirem xais cavablandirinda


Saytın "Həkimə sual" bölməsinə daxil olub sualınızı uroloqa və ya androloqa verin.

.

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика