Ən yayılmış kişi probleminin 5 dəqiqəlik həlli tapılıb

Bütün dünyada 50 yaşdan sonra milyonlarla kişilər prostat vəzinin xoşxassəli hiperplaziyasından əziyyət çəkir.

Bu pozulma zamanı prostat vəzi böyüyür, sidik kanalını sıxmağa başlayır ki, kişi sidik ifrazı zamanı əziyyət çəkir, ağrılar olur, gecə saatlarında tez-tez tualetə getməli olur, sidik kisəsi tam boşalmır və s.

Adətən bu problem cərrahi yolu ilə həll olunur. Əməliyyat zamanı prostat vəzinin böyümüş toxumaları kəsilir və nəticədə sidik kanalın sıxılması problemi həll olunur. Təbii ki, istənilən cərrahi əməliyyat kimi bu əməliyyatın da müəyyən ağırlaşmalırı, riskləri və əks-göstərişləri mövcuddur.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, Böyük Britaniya alimləri prostat vəzini kişiltmək üçün yeni cərrahiyyəsiz üsul təqdim ediblər. Bu üsulun köməyi ilə prostat vəzini 5 dəqiqə ərzində kiçiltmək mümkündür.

Yeni üsulun əsasında buxarın təsiri durur. Kişinin sidik kanalına nazik elastik borucuq yeridilir və borucuq vasitəsilə buxar verilir. Buxarın təsirinindən prostatın böyümüş toxumaları ölür və prostat vəzi normal ölçü alır.

Alimlər sübut edir ki, bu üsulun riskləri minimaldır və onu yaxın zamanlarda kütləvi şəkildə tətbiq etmək mümkün olacaq.

Saglamolun.Az




loading...

 

 

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Mammologiya

Konsultant-mammoloq Tibb üzrə fəlsəfə elmləri doktoru

Ətraflı...
Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...

 


Яндекс.Метрика