Загрузка...

İmmun sistemini möhkəmləndirən MADDƏ

Selen insan sağlamlığı üçün ən vacib olan minerallardan biridir.

Selen immun sisteminin fəaliyyətinə çox müsbət təsir edir - orqanizmdə iltihabların azalmasına kömək edir, immun hüceyrələrinin istehsalını sürətləndirir.

Amerikada aparılan eksperimentlər zamanı alimlər siçanlara selen verirdilər və sonra onların immun sisteminin göstəricilərini analiz edirdilər. Nəticədə məlum olub ki, immun sisteminin göstəriciləri xeyli yaxşılaşıb.

Selen antioksidant xüsusiyyətlərə malikdir - orqanizmi sərbəst radikalların təsirindən qoruyur, orqanizmdə gedən qocalma proseslərini ləngidir, xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.

Selen həmçinin qalxanvari və mədəaltı vəzilərinin, kişilərdə reproduktiv sisteminin fəaliyyətini yaxşılaşdırır, saçların, dərinin vəziyyətinə müsbət təsir edir, qara ciyərin hüceyrələrinin bərpasına kömək edir.

Selen bir çox məhsullarda var. Lakin nəzərə almaq lazımdır ki, karbohidratların (şəkər, şirniyyatlar və s.) çoxlu miqdarda qəbulu bu maddənin orqanizm tərəfindən mənimsənilməsinə mane olur.

Selenlə zəngin olan məhsullar bunlardır:

- qaraciyər (mal, toyuq)

- dəniz balığı

- yumurta

- qarğıdalı

- düyü

- lobya, mərci

- braziliya qozu, badam, püstə, araxis, qoz

- kokos

- buğda kəpəyi

- pivə mayası

- qara çörək

- cücərdilmiş buğda

- göbələk

- sarımsaq


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика