Загрузка...

Pankreatitin əmələ gəlmə səbəbləri və simptomları

Mədəaltı vəzi orqanizmdə qidanın effektli şəkildə həzm etməsini və karbohidratların mübadiləsini təmin edir.

Mədəaltı vəzi şirə ifraz edir və bəzi hormonları (xüsusilə insulini) sintez edir. Mədəaltı vəzi şirəsinin tərkibində proteaza, lipaza, amilaza kimi fermentlər var ki, bu fermentlər qidanın əsas komponentlərini (zülallar, yağlır, karbohidratlar) parçalayır. İnsulin karbohidratların mübadiləsini təmin edir. Mədəaltı vəzi normal həzm proseslərini, qidanın mənimsənilməsi proseslərini, orqan və toxumaların qidalanmasını təmin edir.

Pankreatit - mədəaltı vəzinin iltihabıdır. Bu xəstəlik zamanı mədəaltı vəzinin funksiyaları pozulur ki, bunun nəticəsində orqanizmdə mübadilə proseslərin ciddi pozulmaları inkişaf edir. Bu xəstəliyə çox tez-tez təsadüf edilir və ildən ilə bu xəstəlik daha da artır. Bunun əsas səbəbləri kimi həkimlər düzgün olmayan qidalanmanı, spirtli içkilərin qəbulu, ekoloji şəraitin pisləşməsi kimi amilləri qeyd edirlər.

Pankreatitin inkişaf etmə səbəbləri arasında:

- spirtli içkilərin qəbulu,

- yağlı, qızarmış, istiotlu, hisə verilmiş qidaların daim qəbulu,

- piylənmə,

- insanda öd daşı xəstəliyi, xolesistit, hepatit kimi xəstəliklərin olması,

- mədə və 12 barmaq bağırsağı xəstəlikləri (xora xəstəliyi, qastrit, şişlər),

- virus infeksiyaları (B hepatiti, epidemik parotit),

- bəzi endokrin xəstəliklər (hiperparatireoz),

- mədəaltı vəzinin travmaları (o cümlədən, cərrahiyyə müdaxilələr),

- siqaretlərin çəkilməsi,

- ağır qida allergiyası,

- bəzi dərman preparatların uzun müddət ərzində istifadəsi (tetrasiklin, sulfanilamid preparatları, sitostatik preparatlar),

- mukovissidoz (irsi xəstəlik),

- irsiyyət.

Pankreatit kəskin və xroniki ola bilər. Kəskin pankreatit zamanı xəstədə qarının sol tərəfində kəskin ağrılar, ürəkbulanması, tez-tez baş verən qusma kimi simptomlar inkişaf edir. Orqanizmin intoksikasiyası və susuzlaşması nəticəsində xəstənin vəziyyəti çox tez ağırlaşır - arterial təzyiq kəskin enməsi, bayılma baş verir. Həmçinin kollaps və şok kimi ağır pozulmalar inkişaf edə bilər. Xəstə dərhal xəstəxanaya çatdırılmalıdır və ona təcili tibbi yardım göstərilməlidir. Əks halda xəstə həlak ola bilər.

Xroniki pankreatit zamanı patoloji proses uzun illər ərzində inkişaf edir. Xəstəliyin əsas simptomu ağrılardır. Ağrılar qarının yuxarı və orta hissəsində, döş qəfəsinin sol hissəsində, ürək və bel nahiyəsində adətən qida qəbulundan 15-20 dəqiqə sonra inkişaf edir, oturaq vəziyyətdə və bədəni qabağı əyildikdə azalır.

Belə ağrılar adətən çox yağlı, hisə verilmiş, qızardılmış qidaların, spirtli və qazlı içkilərin, qəhvə, şokolad, kakao qəbulundan sonra inkişaf edir. Ağrı ürəkbulanması, qusma, köp, ishal kimi simptomlarla müşayiət oluna bilər.

Xroniki pankreatit zamanı mədəaltı vəzinin funksiyaları müəyyən müddət ərzində saxlanılır. Lakin vaxt keçdikcə vəzin toxuması daha da zədələnir, onun funksiyaları pozulur. Nəticədə xəstədə ağrılar şiddətlənə bilər. Mədəaltı vəzi funksiyasının çatışmazlığı çox ağır fəsadlara səbəb olur - qidalı maddələr nazik bağırsaqda normal sorulmur ki, bunun nəticəsində insan kəskin arıqlayır, onda avitaminoz əlamətləri inkişaf edir. Nazık bağırsaqda sorulmanın pozulmasının ən əsas simptomlar: gündə 2-3 dəfə təkrarlanan ishal (nəcis horra şəklində olur, pis iyli, yağlı, həcmli), köp, qarında ağrılar. Qanda şəkərin səviyyəsinin kəskin düşməsi nəticəsində zəiflik, soyuq tər, susuzluq, dərinin quru olması kimi simptomlar inkişaf edir.

Əgər siz özününzdə bu kimi simptomları müşahidə etmisinizsə, vaxt itirmədən qastroenteroloqa müraciət edin. Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика