Загрузка...

Körpədə tonus nə ilə təhlükəlidir?

Bəzən analar pediatr və ya nevroloqlardan başa düşülməyən diaqnozlar eşidir.

"Uşaqda tonus var" diaqnozu - belə müəmmalı diaqnozlardan biridir.

"Tonus" nə deməkdir? İlk növbədə söhbət əzələ tonusundan gedir. Əzələ tonusu bütün insanlarda var - böyüklərdə də, uşaqlarda da. Bu tonus insana ayaq üstə dayanmaq, hərəkət etmək üçün lazımdır. Əzələ tonusunun pozulması (normadan daha gərgin və ya zəif olması) böyüklərdə bir çox xəstəliklərinin əlaməti ola bilər.

Uşaqlarda vəziyyət bir qədər fərqlidir. Böyüməkdə olan körpə üçün ananın bətni gündən günə daha dar olur. Burada yerləşmək üçün körpə ayaq və qollarını bədəninə sıxmağa, başını qabağa əyməyə məcburdur. Buna "embrion pozası" deyilir. Doğuşa yaxın körpənin bütün əzələləri sıx gərgin vəziyyətdə olur. Bu fizioloji əzələ tonusudur. Bu hal yenidoğulmuşlarda norma sayılır.

Lakin bəzən yenidolmuşun əzələ tonusunda pozulmalar olur. Bu pozulmaların arasında: tonusun azalması (hipotonus), tonusun artması (hipertonus), əzələlərdə tonusun qeyri-bərabər olması (əzələ distoniyası). Belə pozulmalar bəzən ciddi xəstəliklərinin əlaməti ola bilər. Bu xəstəliklər arasında: baş və onurğa beyini xəstəlikləri və travmaları, uşaq serebral iflic, miasteniya, bəzi genetik xəstəliklər və s.

Uşaqlarda tonusun vəziyyətini pediatr və nevroloq qiymətləndirir.

Sağlam yenidoğulmuş uşaq bel üstə uzandıqda ayaqlarını dizlərdə bükür və qarnına sıxır, qollarını dirsəklərdə bükür, barmaqlarını yumruq şəklində sıxır, başını bir qədər arxaya əyir. Körpə ayaqları ilə fəal hərəkətlər edir. Sağlam uşaqda tonus mütləq simmetrik olmalıdır.

Vaxt keçdikcə körpədə hipertonusun əlamətləri tədricən azalır. Körpə ayaqlarını, qollarını sərbəst açmağa başlayır, barmaqlarını açır. Yenidoğulmuş üçün fizioloji sayılan yüksək tonus, böyümüş uşaqda artıq pozulma sayılır.

Belə hesab olunur ki, 1,5-2 yaşında uşağın əzələ tonusu böyüklərdə olduğu kimi olmalıdır.

Hipertonus zamanı yenidoğulmuş həddən artıq gərgin olur. Belə uşaqlarda səbəbsiz ağlama, narahatçılıq, yuxunun pis olması kimi simptomlar olur. Belə uşaqlar, praktik olaraq, doğuluqdan dərhal sonra başını saxlaya bilir (normada körpələr başını 1 aydan  sonra saxlamağa cəhd edir).

Hipertonusun təhlükəsi ondan ibarətdir ki, belə uşaqlarda hərəki inkişaf ləngiyir, pozulur. Ümumi vəziyyətdə də pozulmalar baş verir - uşaq əsəbi olur, pis yatır, tez-tez qusur və s.

Hipotonus zamanı körpənin əzələləri əksinə daha yumşaq, "boş" olur. Yenidoğulmuşun qolları və ayaqları bükülü deyil, açıq vəziyyətdə qalır, barmaqlarlar açıqdır, körpə "qurbağa pozasında" uzanır. Adətən belə uşaqlar çox sakit olur, nadir hallarda ağlayır, az hərəkət edir, ananın döşünü pis əmir, çəkini normal yığmır. Bu hala vaxtdan tez doğulmuş uşaqlarda tez-tez rast gəlinir. Bu sinir sisteminin natamam yetişməsi ilə izah olunur. Lakin vaxtında doğulmuş uşaqlarda da hipotonus mümkündür.

Hipotonusun təhlükəsi ondan ibarətdir ki, belə uşaqlar daha gec başını saxlamağa başlayır, oturur, yeriyir və s. Azhərəkətliliyin nəticəsində uşağın sümük və əzələlərin inkişafı ləngiyir, uşaq öz yaşından kiçik görünür. Daha böyük yaşlarda belə uşaqlarda müxtəlif onurğa sütunu pozulmalarının (skolioz, kifoz), digər skelet pozulmalarının inkişafı mümkündür.

Bəzən uşaqlarda bir qrup əzələlərdə tonus daha yüksək, digərlərində daha aşağı olur. Bu əzələ distoniyasıdır. Belə uşaqlarda hərəki inkişafının pozulması, bədənin asimmetriyası, yerişin pozulmaları mümkündür.

Tonus pozulmaları aşkar olunduqda uşaq daim pediart və nevroloqun nəzarətində olmalı və müəyyən fasilələrlə müayinə olunmalıdır. Buna "dinamik nəzarət" deyilir. Belə nəzarət həkimlərə uşaqda olan tonusu fərdi inkişaf və ya pozulma kimi qiymətləndirməyə imkan verir.

Pozulmanın səbəbini təyin etmək üçün əlavə müayinə metodları istifadə oluna bilər - ensefaloqrafiya, neyrosonoqrafiya, MRT, qanın bətndaxili infeksiyalara görə (herpes, sitomeqalovirus və s.) müayinəsi, bəzi hallarda uşağın xrosom toplusunun öyrənilməsi və s.

Əgər uşaqda tonusun pozulmasının səbəbi ciddi xəstəlik olmazsa, bu pozulma çox uğurla müalicə olunur və daha sonra uşağın inkişafına heç bir mənfi təsir etmir. Müalicə zamanı massaj, müalicəvi bədən tərbiyyəsi, fizioterapiya (elektroforez, maqnitoterapiya və s.). və s. istifadə olunur.

Massajı yalnız pəşəkar mütəxəssis etməlidir. Pozulmanın növündən asılı olaraq massaj zamanı müxtəlif hərəkətlər istifadə olunur.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика