30 İL HƏBS CƏZASI ALDI
Braziliyada şok hadisə baş verib: anestezioloq həkim, hamilə qadınlar qeysəriyyə əməliyyatı zamanı narkoz altında olarkən, təcavüz etdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edilib. Cinayətlər birbaşa əməliyyat otaqlarında baş verib. Zərərçəkmiş qadınlar narkozun təsiri altında tam şüursuz vəziyyətdə olub. Həkimin qəribə davranışları tibb personalının şübhələnməsinə səbəb olub. Onlar əməliyyat otağına gizli kamera yerləşdirib və məhz həmin kameradan əldə olunan görüntülər məhkəmədə əsas sübut kimi təqdim olunub.
Məhkəmənin qərarına əsasən həkim tibbi fəaliyyət hüququndan (lisenziyasından) məhrum edilib. O, hər zərərçəkmişə mənəvi ziyana görə 50 000 Braziliya realı, təxminən 16 000 manat təzminat ödəməyə məhkum olunub.
Bu hadisə Braziliya cəmiyyətində geniş rezonans doğurub və xəstəxanalarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı çağırışlara səbəb olub.
Saglamolun.Az