ARAŞDIRMA
Çox duzlu qidalanma depressiyaya səbəb olur. Bunu siçanlar üzərində aparılan araşdırma göstərib.
Alimlər siçanlar üzərində apardıqları araşdırmada müəyyən edib ki, çox duzlu yeməklər beyində bəzi dəyişikliklərə səbəb olur və əhval korlayır. BU mənfi təsirin səbəbi isə "IL-17A" adlanan zülaldır. Bu maddə bədəndə immun sistemə aiddir və çox duzlu qidalar onun miqdarını artırır. Araşdırmada IL-17A səviyyəsi yüksək olan siçanlar daha çox narahatlıq və depressiya əlamətləri göstərib.
Amma maraqlısı odur ki, bu zülalı istehsal edə bilməyən siçanlara çox duz versələr də, onlarda heç bir depressiya əlaməti müşahidə olunmayıb. Bu da göstərir ki, depressiyanın səbəbi birbaşa bu zülaldır.
Nəticədə, çox duzlu yeməklər yalnız qan təzyiqinə deyil, həm də psixoloji sağlamlığa mənfi təsir göstərə bilər. Alimlər gələcəkdə bu sahədə yeni müalicə yolları tapmağı planlaşdırır.
Saglamolun.Az