MANEƏLƏR ZAMANI HƏRƏKƏTİ BLOKLAYACAQ
“WeWalk” startapı yaşlı, zəif görən və görmə məhdudiyyəti olanlar üçün ağıllı əsa hazırlayıb.
Startap, məhsulunu “Glide” adlandırıb və bunu görmə problemi olan insanlara hərəkət üçün kömək edən robot əsa olaraq təsvir edib. Əsa standart formadan fərqli olaraq, təkər bazasına bərkidilmiş tutacağa malikdir.
Hazırda əsanı 1 500 dollar ödəyərək əvvəlcədən sifariş etmək mümkündür. Sistem, 2 ədəd stereoskopik kamera ilə təchiz edilib və istifadəçinin təhlükəsizliyini təmin edir. Əsa maneələrlə toqquşmanın qarşısını almaqdan əlavə, istifadəçini qapı, lift, pilləkən və ya kənarına yaxınlaşdığı zaman xəbərdar edəcək, kəsişməyə çatanda hərəkəti müvəqqəti bloklayacaq.
Qeyd edək ki, şirkət, məhsulun bazara çıxışını təxminən 1 il sonra planlaşdırır.
Saglamolun.Az