HƏKİMİN KƏŞFİ
Nəfəs ala bilməyən xəstələrə oksigeni effektiv şəkildə çatdıran, dəri altına iynə ilə qan dövranına yeridilə bilən və oksigen qazı ilə dolu olan mikrohissəciklərdən istifadə etməklə innovativ müalicə üsulunu təqdim edilib.
Boston Uşaq Xəstəxanasının mütəxəssis həkimi Djon Hier, bu innovativ üsulu pnevmoniyada vəfat edən kiçik bir qız uşağının ölümündən sarsıldıqdan sonra yaradıb.
Sonikatordan istifadə etməklə yaradılmış, ölçüsü 2-4 mikrometrə qədər olan mikrohissəciklər tıxanmaya səbəb olmadan kapilyarlardan keçir. Laboratoriya testləri göstərib ki, bu hissəciklər oksigen çatışmazlığı olan heyvanları 15 dəqiqəyə qədər saxlaya bilir, ürək dayanması və orqan zədələnməsi riskini əhəmiyyətli dərəcədə azaldır. Təcili istifadə üçün nəzərdə tutulmuş bu oksigen nəfəs ala bilməyən insanlara kritik halda dəstək olmaq potensialına malikdir.
Qeyd edək ki, nəticələr “Science Translational Medicine” jurnalında dərc edilib.
Saglamolun.Az