Qışda insanlar tez-tez soyuqdəymə xəstəliklərinə tutulur.
Soyuqdəymənin ilk simptomlarında zəncəfil çayı çox yaxşı effekt verir. Limonlu-ballı zəncəfil çayı orqanizmi isindirir, immun sistemini möhkəmləndirir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir.
Videoda sizə zəncəfil çayının resepti təqdim olunur. İnqrediyentlərin miqdarları nisbidir - onları zövqünüzə görə azaltmaq və ya çoxaltmaq olar.
Zəncəfili suda 1/2-1 dəqiqə ərzində qaynatmaq və ya qaynar suda sadəcə dəmləmək olar (qaynatmadan). Balı ilıq dəmləməyə əlavə edin - qaynar suda bal öz müalicəvi xüsusiyyətlərini itirir.
Saglamolun.Az