Hal hazırda bu ən populyar kosmetoloji prosedurlardan biridir.
Bu videoda kirpiklərin yapon texnikası ilə uzadılması göstərilib. Kirpiklər süni materiallardan (neylon və s.) və ya təbii tükdən olur. Qara və rəngli kirpiklər istifadə oluna bilər.
Prosedur 2-2,5 saat davam edir.
Kirpiklər bir-bir xüsusi yapışqana batırılır və qadının öz kirpikləri arasında yapışdırılır. Prosedur peşəkar mütəxəssis tərəfindən həyata keçirildikdə, kirpiklər təbii görünür. Lakin peşəkarsız uzadılmış kirpiklər qadının öz kirpiklərinə ziyan vurur, iltihab və allergiyalara səbəb olur.
Bu prosedurun müəyyən əks-göstərişləri mövcuddur. Belə ki, əgər qadın allergik reaksiyalara meyillidirsə, onda tez-tez konyüktivit (gözün selikli qişasının iltihabı), blefarit (göz qapaqların iltihabı) olursa, öz kirpikləri çox zəifdir və tökülməyə meyillidirsə, bu prosedurdan imtina etmək lazımdır.
Süni kirpiklərlə daha ehtiyatlı olmaq lazımdır. Kontakt linzaların taxılması, makiyaj (tuş, yağlı kremlər, göz üçün karandaş və s.), sauna, hovuz, hamam onların "ömrünü" xeyli qısaldır.
Saglamolun.Az