Appendiks kor bağırsağın soxulcanvari çıxıntısıdır.
Bəzən appendiks iltihablaşa bilər. Appendiksin iltihabı "appendisit" adlandırılır. İltihablaşmış appendiks cərrahiyyə üsulu ilə xaric olunur. Bu əməliyyatı laparoskopik üsulu ilə də həyata keçirmək mümkündür. Lakin adətən bunun üçün qarın divarının aşağı hissəsində kiçik kəsik aparılır və iltihablaşmış appendiks bu kəsikdən xaric olunur.
Bu əməliyyat "appendektomiya" adlandırılır.
Saglamolun.Az