Загрузка...

Otit və onun fəsadları

Otit - orta qulağın xəstəliyidir. Bu, uşaqlarda ən çox təsadüf edilən xəstəliklərdən biridir.

Otit, adətən, infeksiyanın burun, udlaq və burun-udlaqdan orta qulağa keçməsi nəticəsində inkişaf edir. Buna görə də həmin orqanlarda başlayan hər bir infeksiyaları vaxtında və düzgün müalicə etmək lazımdır.

Zökəm, faringit, adenoidit zamanı burun və udlağın selikli qişasındakı iltihabi prosesin asanlıqla eşitmə borusuna yayılması nəticəsində uşaq pis eşitməyə başlayır.

Bu mərhələdə müalicə vasitəsilə prosesin qarşısı alınmazsa, iltihab orta qulağa keçərək otit əmələ gəlməsinə səbəb olur. Otit zamanı qulaqda kəskin ağrı əmələ gəlir, bədən hərarəti 380C qalxır, uşaqlar pis eşitmələrindən şikayət edirlər. Vaxtında başlanan və düzgün aparılan müalicə nəticəsində xəstəliyin əlamətləri tezliklə keçib gedir və eşitmə qabiliyyəti tam şəkildə bərpa olunur.

Otitin ilk əlamətləri zamanı qızdırıcı kompreslər yaxşı effekt verir. Kompres qulağın üstünə deyil, onun ətrafına qoyulur. Bir neçə lay qatlanmış tənzif salfetinin mərkəzində qulağa keçirmək üçün ölçüsünə uyğun dəlik kəsilir. Araq və ya eyni həcmdə su ilə qatılmış spirtə batırılmış bu salfet qulağa geydirilir və üstü polietilenlə örtülür. Kompres bint və ya baş yaylığı ilə başa dolanır və hər 4 saatdan bir kiçik fasilələr verməklə dəyişdirilir. Kompres qoyulması ilə eyni vaxtda qulaq damcılarından da istifadə edilir. Damcılar yalnız həkim tərəfindən uşağın yaşına uyğun dozalar seçilməklə təyin edilir.

Bəzən təbil pərdəsi ətrafında irin yığılır və bu zaman irinli otit əmələ gəlir. Bu halda xəstəliyin gedişatı və uşağın vəziyyəti xeyli dərəcədə ağırlaşır, o, yeməkdən imtina edir, yuxusu pozulur, zəiflik, süstlük əmələ gəlir, hərarət 390 C qalxır. Kəskin qulaq ağrıları uşağa üzücü təsir edir.

Yadda saxlayın ki, qulaqda irinli proses zamanı qulaq damcısı və spirtli kompreslərdən istifadə etmək olmaz!

İrinli otitin müalicəsində təbil pərdəsində kəsik apararaq və ya pərdəni deşərək orada yığılan irin xaric edilir. Orta qulaqdakı irini mümkün qədər tezliklə xaric etmək lazımdır. Əks halda baş beyin və beyin qişalarının iltihabı - meningit, bəzi hallarda isə beyin toxumasının iltihabı olan beyin absesi və ya irinin qana keçməsi nəticəsində sepsis də inkişaf edə bilər.

Kiçik yaşlı uşaqlarda otit il ərzində tez-tez təkrar oluna bilər. Buna səbəb, adətən, adenoidlər olur. Tez-tez baş verən otitlər eşitmə qabiliyyətinin zəifləməsi, bəzən də tam itirilməsi kimi ağır fəsadlar verə bilər.

Beləliklə, otitin müalicəsinə xəstəliyin ilkin əlamətləri nəzərə çarpan kimi, ləngimədən başlamaq lazımdır, əks halda çox ağır arzuolunmaz fəsadlar meydana çıxa bilər.

Otitin profilaktikası üçün burun, burun-udlaq infeksiyalarını vaxtında və düzgün müalicə etmək, vəziyyət tələb etdikdə isə, böyümüş və iltihablaşmış adenoidləri cərrahi yolla xaric etmək məsləhət görülür. Bununla yanaşı, otitin profilaktikası üçün uşağa burnunu düzgün tərzdə təmizləməyi də öyrətmək lazımdır (əvvəl bir burun yolunu, sonra digərini təmizləməklə). Uşaq eyni vaxtda hər iki burun pərəsi ilə fınxırarsa orta qulaqda qıcıqlanma əmələ gəlir. Tez-tez burnunu çəkməyi də uşağa qadağan edin.

Müalicədən sonra qulagın içində çapıqların əmələ gəlməsinin qarşısını almaq üçün xəstəxana şəraitində eşitmə borularına süni surətdə hava üfürmək və təbil pərdəsini masaj etmək lazımdır.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика