Загрузка...

Uşaqlarda angina xəstəliyi

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır.

Uşaq anadan olarkən bu badamcıqlar praktik olaraq olmur, çünki steril olan ana bətnində bunlar ona lazım deyil.

Böyüməkdə və inkişafda olan uşaq orqanizmi xarici mühitlə təmasda olarkən bir çox infeksiya və mikroblarla rastlaşmağa başlayır. Bunun nəticəsində müdafiə mexanizmi kimi, badamcıqlar böyüməyə başlayır. Belə böyümə cinsi yetkinlik dövrünə qədər davam edir. Bu dövrdə uşağın immun sistemi özünün formalaşmasını bitirir və adenoidlər, badamcıqlar və bütün limfa düyünləri normaya kimi kiçilirlər.

Badamcıqların böyüməsi normal fizioloji hal hesab olunur. Ancaq həddən artıq böyümüş badamcıqlar (həddən artıq böyümüş adenoidlər kimi) uşaq orqanizminə mənfi təsir göstərir. Çünki bu zaman uşaqlarda tənəffüs çətinləşməsi, qanın oksigenlə təchizatının pisləşməsi və s. mənfi hallar baş verir.

Angina hərarətin 380C-yə və daha artıq qalxması ilə başlayır. Uşaqlar baş ağrısından, udqunma zamanı ağrıdan, halsızlıqdan şikayət edirlər. Baxış zamanı əsnəyin bütün qövs boyu qızartılı olması, badamcıqların isə böyüməsi və şişməsi qeyd edilir. Badamcıqların iltihablaşması adi qızarma və şişkinlikdən başlayaraq, irinli formalaradək inkişaf edə bilər.

Bəzi uşaqlarda angina heç bir simptom olmadan (hərarətin yüksəlməsi, uşağın ümumi halının pisləşməsi və s.) keçir. Bu heç də yaxşı əlamət deyil. Səbəbi isə - uşaq orqanizminin immunitetinin çox zəif olması və infeksiya ilə mübarizə aparmaqdan “imtina etməsidir”. Anginalar il ərzində 3-4 dəfədən artıq təkrar olunarsa, bu artıq xroniki tonzillitdir. Bütün digər xəstəliklər kimi, anginanın da müalicəsi ilə yalnız həkim məşğul olmalıdır. Tez-tez angina ilə xəstələnən uşağın anası onun müalicə yollarını yaxşı bilsə də, yenə də həkimlə məsləhətləşmək tələb olunur.

Anginanın müalicəsi antibiotiklərin köməkliyi ilə aparılır. Çox vaxt valideynlər anginanın müalicəsində antibiotikləri “zərərli” sayıb onlardan imtina edirlər. Bunu qətiyyən etmək olmaz! Düzgün və vaxtında aparılmayan müalicənin zərəri antibiotiklərin mümkün zərərindən qat-qat çoxdur.

Böyüyərək tez-tez iltihablaşan (irinli nöqtələr) badamcıqlar uşağın ağız boşlugunda daimi infeksiya mənbəyinə çevrilir. Bu səbəbdən uşaqlar KRVİ, otit, ağ ciyər-bronx sisteminin xəstəlikləri ilə daha çox hallarda xəstələnirlər. Tez-tez anginaların keçirilməsi ürək (qazanılmış ürək qüsurlarınadək), böyrəklər, oynaqlar və digər orqanların da zədələnməsinə səbəb ola bilər. Tez-tez angina ilə xəstələnən uşaqların iştahası pis olur, onlar tez yorulur, hirsli olurlar.

Beləliklə, angina ağır fəsadları ilə qorxulu olan ciddi bir xəstəlikdir. Buna görə də onu səylə, diqqətlə, məsuliyyətlə müalicə etmək lazımdır.

Uşaqlar anginaya niyə tutulurlar? Axı uşaqların hamısı soyuq su içir və tərləyirlər, amma yalnız bir qismi angina ilə xəstələnir. İlk növbədə burada irsi faktor böyük rol oynayır. Bəzi ailələrdə bütün ailə üzvləri angina keçirir, digərlərində isə bu xəstəliklə heç zaman xəstələnmirlər.

İkinci növbədə uşağın immunitetindən də çox şey asılıdır. İmmuniteti zəif olan uşaqlarda angina daha tez-tez baş verir.

Tez-tez baş verən anginaların profilaktikası üçün xalq təbabəti üsullarından istifadə etmək olar. Ağız boşluğunu çobanyastığı, itburnu dəmləməsi, otaq temperaturunda olan mineral su və ya duzlu su ilə (1 stəkan suya ½ qaşıq xörək duzu+1 damcı yod) yaxalamaq yaxşı nəticə verir. Belə yaxalamaları 3 ay müddətində davam etmək lazımdır.

Əgər allergiyası yoxdursa, uşağa hər gün yeməkdən qabaq 1 çay qaşığı bal verin. Bal çox gözəl antiseptikdir. Belə uşaqların rasionunda meyvə-tərəvəzlər, sitruslar daha çox olmalıdır. Onları tez-tez təmiz havada gəzdirin, bədənlərini möhkəmləndirin. İmmunitetin qaldırılması üçün yaz-payız aylarında uşaqlara bitki mənşəli immunomodulyatorlar, vitamin-mineral kompleks həbləri, S vitamini vermək (həkimin məsləhəti ilə) yaxşı effekt verir.

Angina zamanı baş verə biləcək fəsadların vaxtlı-vaxtında diaqnostikası üçün onun müalicəsi başa çatan kimi, qan və sidiyin müayinəsini aparmaq vacib hesab edilir. Yadda saxlayın ki, hətta yüngül formada keçən angina da ciddi ağırlaşmalar verə bilər!

Bəzən uşaqlarda badamcıqları cərrahi yolla kəsib çıxarmaq lazım olur. Bu məsələyə çox ciddi yanaşmaq tələb olunur. Əgər anginanın profilaktikası üçün bütün (!) vasitələrdən istifadə edilibsə və buna baxmayaraq tez-tez xəstələnmə halları davam edirsə, bu zaman cərrahi əməliyyata göstəriş ola bilər. İstənilən halda böyümüş badamcıqların kəsilməsi qərarını həkim verir. Elə fikirləşməyin ki, əməliyyatdan sonra uşaq daha xəstələnməyəcək. İndi artıq müdafiəsiz dalmış boğazdan mikroblar bronx və ağ ciyərlərə daha asan şəkildə keçə biləcəklər. Bax elə buna görə də badamcıqlardan gələn zərər çox böyük olarsa, yalnız o zaman onları kəsmək məsləhət görülə bilər.

Əgər uşağınızın badamcıqları kəsilibsə, əməliyyatdan sonraki 2 həftə ərzində ona isti yemək və mayeləri gəbul etmək olmaz. Bütün yeməklər yüngül və yümşaq olmalı, qızardılmış və kəskin qidalar rasiondan çıxarılmalıdır. Yalnız əməliyyatdan 1 ay keçdikdən sonra uşağı adi qidalanma rejiminə keçirmək olar.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#8 Administrator 17.08.2013 11:36
Hörmətli oxucumuz!
1. Xəstəliyin diaqnozunu həkim qoymalıdır və müalicəni də həkim təyin etməlidir. Pediatra müraciət edin.
2. Tonzillitin (anginanın) müalicəsi mütləq antibakterial preparatların ("antibiotiklər ") iştırakı ilə həyata keçirilir. Əks halda müxtəlif ağırlaşmalar inkişaf edə bilər.
Allah şəfa versin!
#9 aynuw 08.02.2014 17:30
salam usaqin 5yawi var bogzinda artiq et var emeliyatsiz kecer yoxsa emeliyat vacibdi?
#10 Administrator 10.02.2014 07:24
Bu xəstəliyin gedişatından asılıdır. Əgər heç bir müalicə tədbirlərinə baxmayaraq uşaq ildə 2-3 dəfə (və daha artıq) angina keçirirsə, uşağın orqanizmində bu xəstəliklə bağlı olan pozulmalar başlayıbsa, bu halda uşağa cərrahiyyə əməliyyatı təyin oluna bilər.
İlk növbədə LOR həkiminə müraciət edin.
#11 Oktay 17.12.2016 13:35
Salam cox xahis edirem mene bir meslehet verin,, menim qizimin 5 yasi var bogazinda ve burnunda eti var,,, bogazi cox tez tez shishir shish coldende gorsenir bogazina baxanda deshiy tam tutulub nefesi cox cetin alir yatanda, temperaturu olmur bir hekim dedi cirk var yarilmalidir gonderdi basqa hekime oda mualice yazib antibiotik sirop 3 gundu mualice edirik komeyi yoxdu mene bir meslehet verin

.

HƏKİMLƏR

Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика